Keniya və Tanzaniyanın şimalında yaşayan Masai tayfası indiki dövürdə də mümkün qədər ənənəvi həyatlarını davam etdirən bir qəbilədir.
Bu gün mal-qara, konkret olaraq danışsaq- İnək, Masailər üçün qürur və status mənbəyidir. Masailərin sərvətləri, zənginlikləri nə qədər mal-qara sahib olduqlarına görə müəyyən edilir. İnək o qədər önəmidir ki, hətta görüşəndə biri birinə "İnəyinizə gözəlliklər diləyirəm" deyə salamlaşırlar.
Masailər damları samandan olan, peyindən tikilmiş evlərdə yaşayırlar.
Burada ev tikmək qadınların boynunun borcudur.
Yəgin elə "yuvanı dişi quş tikər" deyimi Masaidən çıxıb. ))
Masaidə tüpürməyin ayrı yeri var. Əl sıxmazdan əvvəl ovuclarına tüpürürlərsə, bu, xüsusi dostluqdan xəbər verir. Ağsaqqallar gəlinə xeyir-dua vermək üçün onun üstünə tüpürürlər. İrağ- irağ bizdə belə şey olsa, ailə qurulmamış dağılar.
Kənd ağsaqqalı vacib bir mövzuda çıxış edəndən sonra təsirli olmaq üçün tüpürür.
Buda yəgin ki söhbətin nöqtəsin qoymaq mənasındadı ki, "kişi tüpürdüyün yalamaz"))
Yeni doğulan körpəyə tüpürən masai kişiləri körpənin pis və eybəcər olduğunu deyirlər və uşağın üstünə tüpürürlər.
İnanclarına görə, bu hərəkətlə uşağı pis ruhlardan, nəzərdən, şər qüvvələrdən qoruyurlar...