Xasiyyət

in hive-131355 •  3 years ago  (edited)

Günlərdən bir gün Sultan baş vəzirdən soruşur:
– Təlim-tərbiyə önəmlidir yoxsa xasiyyətmi?'
Vəzir heç düşünmədən dərhal cavab verir:
– Xasiyyət önəmlidir, sultanım!
Sultanın əmri ilə ölkənin dörd bir yanında carçılar elan edir:
– Duyduq-duymadıq deməyin... Ən yaxşı heyvan təlimçisinə 100 kisə qızıl veriləcək!'
Çox təlimçilər,tərbiyəçilər mükafatı eşidən kimi "yarışa" qatılmaq üçün gəlirlər.
Sultanın qarşısına "ölkənin ən yaxşı heyvan təlimçisi" kimi bir adam seçib çıxardırlar.
Sultan soruşur;

0x0-osmanlida-muneccimler-padisahin-olecegini-bilince-olduruldu-1516612117627.jpg

– Nə qədər vaxta Pişiyə sini ilə (podnos) yemək paylamağı öyrədə bilərsən?
– Altı aya dərs öyrədərəm, sultanım!
Sultan razılaşır.
Altı ay keçir, vaxt vədə yetişir.
Sultan soruşur:
– De görüm hazırsan, öyrətmisən?'
– Təlimçi hazır olduğuni deyir.
Əyanlar, sarayda olan hər kəs toplaşır. Bacarıqlı pişik əlində sini ilə xidmət etməyə başlayır. Elə ki, pişik baş vəzirin yeməyini gətirir, sultan yenə soruşur:
– Ey vəzir! İndi de görüm, təlim-tərbiyəmi önəmlidir, yoxsa xasiyyətmi?
Vəzir əvvəlcədən əbasının altında gizlətdiyi siçanı çıxardıb yerə qoyur. Pişik siçanı görən kimi, dərhal sinini tullayıb siçanın arxasınca qaçmağa başlayır.

images (2).jpeg

O qədər əziyyətlə öyrədilən təlim tərbiyə bir anın içində boşa gedir.
–Vəzir, xasiyyət önəmlidir Sultanım deyir.

Qarşısında siçan görəndə hər şeyi unudan bu pişik kimi, fürsət tapanda öz mənafeyini güdən, vijdanını, insafını, satan insanlardan hər birimzi qorusun ALLAH!
Amin!

İmage

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!