Qıjı mahnılara həvəsim öləni üç ildir. Arxivdən fotolar tapmışam. Steemit Azerbaijanın admini ilə hərdən yolumuz eyni olur, gedirik torpağımıza- Qəbələyə. Yol uzunu da mahnı üstündə dava qırğın. Məsələn, "Gülüm-gülüm"
Təzə Youtube kanalı da açmışam. Əlimə düşən, keçmişdə çəkdiyim videolarımı montaj edib atıram ora. Aşağı link verəcəm klik edib baxarsız. Bu arada Tik-toka da keçid etməyi düşünürəm. Niyə də yox? Mənim xalxın qızından, xalxın oğlundan nəyim əksikdir?
Biz dağ adamıyıq, şəhər mühitinə çox gec alışırıq, bir ayağımız qalır rayonda, kənddə. Nə o yanlıq olmuruq, nə bu yanlıq.
Pisi də odur ki, rayona, kəndə bağlı insanlarıq. Kənddə birinin ayağına daş dəysə o dəqiqə özümüzü çatdırırıq. Həyat bu olsa gərəkdir. Çuxur serialında demişkən- "ailə hər şeydir".
Kabab qanlı, igid canlı teması. Orda kartofa da bir ad tapsaq olar əla. Ömür keçir, yaş ötür.
Bakı çox böyük şəhərdir mənim üçün, azı 4 milyon insan var və bir də bu insan izdihamı arasında tək qalmaq var, bir kəmsən yoxmuş kimi yaşamaq var, ətrafında n sayda insan var amma kimsən yoxdur. Başını birinin çiyninə qoyacaq bir kimsən yoxmuş kimidir bu Bakı.
Belə qəmgin notlar ilə yekunlaşdıraq, allahdan xeyirlisi. Bəlkə Bakıya yeni insanlar gəldi, meşəyə insan gəlmiş kimi.
photo by @elcinaxmed