Salam əziz steemit ailəsi məlumdur ki hər kəs bir formada stressdən, yorğunçuluqdan yaxa qurtarmaq üçün bir məşəğuliyyət , hobbi tapır. Bu hobbidə bəzən səbr tələb edir . Bu fotonu yaxın tanışım mənə göndərib mahir balıqçıdır ama həvəskar balıqçı işlərinin arasında balıq tutmağa hərəkətli həyatdan qurtulub sakitliyi tapan adamdır.
Bu gün ova getmişdi mənə əvvəl şəkil atdı çox az balıq tutmuşdu həm həvəskar balıqçıdı ama həvəskar olduğu qədərdə ovdan məlumatlıdır . Bəzi adamlar hobbi deyirdə ama anlayışı olmur adi qarmağı atmağıda bacarmır. Bu günki ovu və isdirahəti məhsuldar keçib maraqlı xatirələrlə yadda qalıb.
İlk öncə atdığ şəkildə çox az balıq var idi ama səbr və bir azda şans bir xeylim balıq tutmasına səbəb olub. Hələ birdə bu balıqları setkaya atıb təmiz havada oturub yemək bir ayrı dad bir ayrı ləzzətdir . Hər zaman təmiz havada , göy çəmənlikdə yeyilən quru çörəkdə çox dadlı olur. Hər bir isdirahətin öz dadı var bahalı restoranında öz yeri var ama öz əlinlə tutulan öz əlinlə bişən yeməyin dadını heç nə vermir. Bu gün baxanda həqiq orda olmaq isdədim qazanmaq olduğu kimi isdirahət etmək ondan zövq almaqda lazımdır. Həyat hər zaman davam edəcək siz yaşasanızda yaşamasanızda çalışın yaşayarkən zövq almağıda unutmayın.