Salam sabahınız xeyir Steemit ailəsi . Gününüz uğurlu olsun. Gözəl yağış yağır. Böyüklərimiz demiş nur yağır. işə getməyə hazırlaşıram. Yağış öz gözəlliyi ilə təbiətə gözəllik
gətirib. Yağışlı hava məni uşaqlığıma apardı biraz.demek olar ki kövrəltdi.Seher məktəbə gedəndə yağış damcıları ilə oynuya oynuya gedirdik. Uşaq vaxtı yağışı çox sevərdim.Boyuyub düşüncə tərzim inkişaf etdikcə daha sevinmedim.Cunki evləri olmayan, çətiri olmayan uşaqlar var idi. Indi isə yağışda boranda düşmənlə üzbəüz duran əsgərlərimiz var . Onların hansı çətinlikdə xidmət etdiyini təsəvvür etmək çətin deyil dostlar işə gedərkən həyətdə yağış sularından öz gözəlliyinə rəng qatan gülde gözümdən yayınmadı.
Yağış yagdiqca təbiətə gözəllik gətirirdi. Ağaclar sanki qidalanırdi. Biraz həyətimizdə yağışi seyr edib işə getmək üçün evdən çıxdım. Kucemiz tam sakitlik idi. Yegane hüzün hiss edən ağaclar idi. Sanki yağışda təşəkkürlərni
bildirirdilər. Yağış həmdə bərəkət gətirir deyirlər.
Çünki torpaqlarda yağış suyundan qidalanır məhsul verir. Qonşumuz Zakir dayıda sevinə sevinə taxıla xeyirdi bu yağış söyləyirdi. Heç vaxt çətir sevən olmamışam. Lakin şıltaq yağış mənə cetir götürməyi məcbur etdi. Məndə üzümdə narazılıq hissi ilə bir foto çəkdim
Bu gün iş yerimə sayılıb seçilən müəllimlərdən biri gəlmişdi. Mellime ilə şirin söhbət əsasında məlum oldu ki yağış vəba xəstəliyinin qarşısını alır. Yağış yağanda saçlarımızı qoruyuruq ki saçınıza yağış suyu deyende pis olur. Heç demə biz yanilmisiq. Reyhan müəllimə ilə söhbət əsnasında bəlli oldu ki əksinə yağış suyu saçları yumşaldır. Üz dərinizin parlaq və canlı olmasını istəyirsinizsə üzünüzu yağış suyu ilə yuyun.Hec demə yağış suyunu içmək də olar. Həzm prosesini yaxşılaşdırır.Dostlar bəzən yağış yağanda susuzluqdan əziyyət çəkən Afrika ölkələri də azda olsa su ilə təmin olunur. Gün ərzində gözlərim doldu boşaldı bir tərəfdən səngərdə duran əsgərlərimiz,bir tərəfdən isti evi olmayan ailələr. Ancaq bir tərəfdən də Somali kimi ölkədə uşaqların susuzluqdan əziyyət çəkdiyini bilib biraz üzümə təbəssüm gəldi. Biraz araşdırma apardım və maraqlı faktlar tapdım.Sən deme Portuqaliyda yağış isə gelmemek üçün tutarlı səbəbdir. Dostlar siz heç hava proqnozu proqramı necə yarandığını bilirsiniz?
Məşhur teleradio şirkətnin rəhbəri yolda bərk yağışa düşür menzil başına gecikir. Ve əsəbi halda şirkət əməkdaşlarına əmr edir ki əvvəlcədən hava proqnozu verən proqram hazırlasınlar. Yağışın da öz şıltaq qanunları var.Məsələn Taillanda yağış ancaq gecələr,Kubada isə gündüzlər yağır.Biraz coğrafiya bilgilərmi təzələmək üçün kitab vereqledim.Məni həmişə bir sual düşündürürdu.Axi səhraya niye yağış yağır? Əslində yağış ən çox səhra zonasına düşür,sadəcə yağış qaynar istilik dərəcəsi onu buxarlanır. Tarixdə ən böyük dolu 1986 ci ildə Hopalhanc şəhərinə düşmüşdü. Her bir dolu 1 kq olub. 92 nefer həyatını itirib. Bir maraqlı faktı da qeyd edim ki sabah hava yağmursuz olacaq sözü bizi çaşdırır ki yağış yağmacaq əslində isə ele deyil. Yəni hər kvadrat metr əraziyə 0.2 litr yağış düşəcək. Demək olar ki əksəriyyətimiz yağış qoxusunu sevirik.Əslinde yağışın qoxusu yoxdur.Bu qoxu bakteriyaların iyleridir. Tarixdən yadımda qalan isə Böyük Biritaniiyada yağış yağacağı proqnozunu verən snoptiki edam edirdilər. Postum gecikib internet probleminə görə. Her birinizə ruzi bereket dolu günlər arzu edirəm.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
🍃🍃🍃🍃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
babalar demiş elinə obasına yağer ağrın alem yağsın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oxuduğunuz üçün təşəkkürlər edirəm Famil müəllim
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Maraqlı idi. Əllərinizə sağlıq
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit