Çoxdandı şəhəri turlamırdım. Bir neçə gün əvvəl özümə biraz vaxt ayırdım. Şəhər Zəfər günü münasibəti ilə bəzədilmişdi və yarmarkalar yaradılmışdı.
Şəhərdə xeyli insan var idi. Sıxlıq idi və gəzməkdə çətinlik yaranırdı.
Xeyli maraqlı şəkillər çəkdim. Postumu yaza-yaza çəkdiyim şəkilləri sizinçün paylaşacam.
Deməli içərişəhər metrosundan çıxdım və düşdüm dənizkənarı bulvar tərəfə.
Hava biraz soyuq idi. Ama gəzməli hava idi.
Bulvarda bir neçə maraqlı şəkillər çəkdim.
Bu çəkdiyim şəkillərdən ən çox bəyəndiyim oldu.
Bulvardan biraz yuxarı qalxdım və parkın içindəki yarmarkanı gördüm. Bu zəfər yarmarkası idi.
Bura zirehli döyüş maşınları gətirilmişdi.
Təsəvvür edin bu texnikalarla düşməni necə vahiməyə salmaq olar.
Hər biri fərqli olan bu zirehli döyüş texnikalara baxdıqda adam ordunun gücünü hiss edir.
Burda biraz gəzdikdən sonra aclıq hiss gəldi. Və qarnımı doyurmaq üçün MC donalds'a yollandım.
Yemək menyusu sifariş verdim.
Hava soyuq olduğu üçün əlavə olaraq çay sifariş verdim.
Buda sonrası).
Piyada çox gəzdimdeyə ayaqlarım çox yoruldu. Hava getdikcə soyuyurdu bu aəbəbdən yollandım evə.
Yanında sözün tutan insan ola, saatlarla gəzəsən...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit