Club5050 💫 THE DIARY GAME Better Life. || Our interesting trip and meeting with friends in Sumgayit. 13.05.2022 (100% beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  3 years ago 


Hər il bu vaxtlar Bakıya gəlməli oluruq. Bu bir məcburiyyət halını alıb. Çünki Bakı nəinki Paytaxt hətda
ölkədə inkişafın yeganə olduğu yerdir və bu səbəbdən sənaye, istehsalat, elm, tibb üzrə mütəxəssislər də burdadır. Böyük qızımız Zəhranın gözündə miapia adlı bir xəstəlik var. Əslində xəstəlik deməyək inkişaf pozğunluğu. Yəni göz almasının inkişafının bədənin digər üzvləri ilə eyni vaxta inkişaf etməməsi nəticəsində onun böyüməsi nəticəsində uzunov hala gəlməsi ilə nəticələnən prosesdir. Bu əsasən bədəncə ya zəif yaxud da daha inkişaf etmiş uşaqlarda daha çox gəlinən haldır deyərdim. Bir sözlə həkimlə danışıb səhər 7-də çıxdıq Bakıya doğru. 3 saatlıq yoldur Göyçaydan (250km). Yolda Qədr-Xum adlı bir ailəvi restoran var ki həm də heyvanxana kimi (Əsasən quşlar) də fəaliyyət göstərir. Gələn qonaqlar üçün maraqlı olsun deyə heykəllər də düzəldiblər. 🤩

20220514_064256.jpg

Günəşin şəfəqləri parlasa da səhərlər soyuq olduğundan uşaqlar quşlara baxmağa o qədər də həvəs göstərmədilər və bu səbəbdən quşlatın şəkilini çəkə bilmədim. Qayıdanda inşəAllah qismət olsa çəkəcəm.

20220514_065015.jpg

Birdə ceyranların heykəli var ki orda bir xatirə şəkili çəkmişdik uşaqlara 31.10.2019 cu ildə. Bir daha xatirə şəkili çəkmək maraqlı gəldi. Əvvəl daha yaxşı yerdə idi indi heykəlin vəziyyətini qorumaqla yerini dəyişiblər.

20190507_134135.jpg

20220514_065731.jpg

Düşünürəm hər il bu yoldan keçəndə ceyranlarla bir xatirə çəkim. Bakı-Qazax magistral yolunun Kürdəmir, Hacıqabuldan keçən ərazilərində susuzluqdan yanan ərazilərdə artıq yeni suvarma sistemləri ilə becərilən sahələri və parnikləri görə bilərsiniz. İnkişaf var. 😍 nə gözəl... lakin yollar ağır yük maşınlarının hərəkəti ilə bərbad hala düşüb

20220514_070627.jpg

20220514_070725.jpg

Beləliklə 10:30 da gəlib çatdıq qohumlara. Biraz dincəldikdən sonra @revan746 ilə planladığımız görüş yerini təyin elədik. Sumqayıt. Cəmi 20-25 dəqiqəlik yol da belə gedəcəkdim. 20 yanvardan 1 manatlıq Vita mikroavtobusla sumqayıt bazarının yanına qədər getməli idim. Yanımda oturan sərnişin orda düşəcəyini bildirdi. Artıq tam rahatlıq. Nəhayət Sumqayıt. İlk dəfə idi və heç bir yeri tanımırdım. Rəvanla danışaraq gələcəyim yeri soruşdum. Sumqayıt İcra hakimiyyətinin yaxınlığında bir kafe.

20220514_072736.jpg

Screenshot_20220514-073227_GBWhatsApp.jpg

Screenshot_20220513-114940_Maps.jpg

20220514_073401.jpg

Nəhayət görüşdük çay içdik söhbət zad. Saat 13:00 da @isa545@yusif79 la danışıb başqa bir yerə getdik. Yusifin işləri çox olduğunan salamlaşıb getdi. Maraqlı müzakirələr etdik. Söhbət əsanasında birja vəziyətlərini al-sat strategiyalarını bir daha nəzərdən keçirdik. Post üçün bir nahar yeməyi birdə xatirə şəkili çəkmək gözəl olardı. Zamanla bloger olacağıq. O zaman hər şey nəzərə alınacaq. Hər görüş hər tərəf blog üçün görünəcək gözümüzə. 😂
Axşamı da CHADO restoranında canlı musiqi ilə şam yeməyini bitirib yorğun halda evə çatıb post yazmaq istədim lakin yuxu tutub heykəl kimi yatdım. Postun başlığını dünən yazdığım üçün dəyişmədim bu gün paylaşdım. Buda belə. İndi həkimə hazırlaşırıq. Allah şəfa versin.

  1. Steem alın
    (amma çalışın aşağı qiymətdən alın).
  2. Bizimlə qalın
    (yəni hər gün burda post yazın).

Photo by@famil

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Çok güzel bir gün geçirmiş siniz. Bizlerle paylaştığın için teşekkür ederim 🙏

Okuyub yorum yapdığınız için ben teşekkür ederim.

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.