Salam dünya. Salam Steemit Azərbaycan Topluluğu. Hər gün fərli fikirlər, hər gün fərli yanaşmalar. Bir gün öyrənirik, sonra lazımsız olanları silib atırıq yaddaşlardan. Bununla bərabər o bilgilər üçün də xərclənmiş zaman. Bəzən düşünürəm lakin səbəbini kimdən soruşacağımı belə bilmirəm. Özüm hər gün məktəbə yollandığım bu yollarda günlərim saatlarım keçib.
Oxu ay bala yoxsa səndə fəhlə olacaqsan fikirləri ilə hər gün nə düz əməlli dərs oxuya nə də uşaqlarla oynaya bilmirdik. Beləcə uşaqlıq illərimiz kürəyimizə yüklədiyimiz indi heç xatırlamadığımız kitab dəftərlə keçdi. Dünən yol gedərkən bu fotonu çəkəndə qızım mənə şikayətlənən kimi oldu sanki. Ata mən bütün günü verilənləri yerinə yetirməyə çalışıram. Sənin məsləhət gördüyün ixtisası da dəyərləndirməyə çalışıram. Düzü mən ona özümün sonradan öyrənib hal hazırda işlədiyim peşənin mütəxıssisi olmasını arzu edirəm. Ona bu işdə gələcək üçün çox faydalar əldə edə biləcəyini düşündüyüm web proqramist, web dizayner olmasını məsləhət görmüşəm. Lakin onun bu sualı bir daha məni düşündürdü. Ata mən bu ixtisas üçün 1 ci qrup fənlər üzrə özümü hazırlamalıyam. Lakin dediyin peşənin kimya, fizika ilə nə əlaqəsi var? Düzü guya bilgili adam kimi nəsə cavab verməyə çalışdım. Lakin kəkələyə kəkələyə qaldım. Nə deyim qızım deyib söhbəti bağladım. Lakin bu bağlanacaq söhbət deyil axı. Bəs mən ona necə kömək edim ki, seçdiyi peşəni həqiqətən də indidən daha yaxşı öyrənsin. Yoxsa o bunun əvəzinə sonralar ona lazım olmayacaq fizika, kimiya kimi fənlərə saatlarını, aylarını itirəcək. Nə varki, imtahandan yaxşı nəticə alsın deyə. Bu fikirlə gəlib çatdım Göyçay Kompyuter Servis Mərkəzinə. Baxdım ki, bacarıqlı insanlar üçün heç bir sərhəd yoxdur. Bizim servisin yanında kiçik bir məişət əşyaları satılan dükan var. Yanındakı işıq dirəyinə bir elan yapışdırıb. Türkiyyədən, amazondan sifarişləri Göyçaya çatdıran şirkətlərin birinin (Expkargo) burdakı əməkdaşlığını edir.
Demək insan bir şeyi etmək istəyirsə ona illərlə gələcəkdə lazım olmayacaq fənlər üçün zaman itirməyə ehtiyac yoxdur. Nə istiyirəm və bunun üçün nə etməliyəm.? İndi sizdən məsləhət istəyirəm.
Hər halda yenə steem alın, bizimlə qalın.
Təhsilimiz bərbad gündədi. Mən təhsilin içində olan adam kimi bunu daha çox hiss edirəm. Çox ağrılı məsələdi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bu gerçəklər illərdir nədildən nəsilə ötürülür Nurəngiz xanım. Biz bu yükdən necə qurtulaq. Bir anlıq diqqət yetirsək dünyada ən məhşur insanlar bu məngənədən çıxıb özlərinin istədiyi işi uşaqlıqdan elmi və praktiki yerinə yetirərək ən yaxşı nəticələr əldə etmişlər. Məncə bu məsələ çox ciddi bir məsələdir. Bu uşaqlar bu evin, bu məmləkətin gələcəyidir və biz onları sevə sevə məhv edirdik. Buna bizim haqqımız varmı?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit