Hər şey normasında gözəldir. | Every day one article 100% beneficiaries for Steemit Azerbaijan)

in hive-131355 •  3 years ago 

Qışda 10 ilin ən isti yayı, yayda isə 10 ilin ən isti yayı kimi statuslarına bir neçə dəfə rast gəlmişəm @revan746'nın. Onu əlavə edim ki bu il 10 ilin ən yağıntılı yazını yaşayırıq. Elə bil İngiltərənin ya nə bilim Ekvatoriyal qurşağın gündüz isti gecə yağış. May girəndən 1 gün isti yay 2-3 gün yağış soyuq. Havanın isti olmasına aldanıb özümü soyuğa verdim. Qəşəng kriplədim. Yağış bərəkətdir. Dəmiyə əkin üçün candır. Lakin taxılın, otun bu biçin vaxtında yağış ölümdür. Biz kəndə yaşamırıq, lakin kəndə gedəndə rastlaşdım bu durumla. Deyirlər xaricə gedən pomodorları daşıyan vaqonları da saxladıkar. Pomidor bazarda bol olacaq. Kəndçinin marağı baha satmaq, şəhər camaatının istəyi ucuz almaq. Belə durumda kəndçinin beli qırılır. Xarici bazar daxili bazardan daha yaxşıdır kəndçi üçün.
Göycə alça ağacda şişib partlayır. Yağış imkan vermir ki, məhsulu yığasan. Nəysə bəsdir şikayətləndim. Qonaq getdiyim evdə qırt toyuq balaları da yanında. Hava soyuq olduğu üçün evdə peçin yanında saxlayırdılar. Bərəkətli olsun.

20220510_221106.jpg

Cücələrin içərisində ağ papaqlı qara cücə uşaqların o qədər xoşuna gəlmişdi ki, anasından ayırıb kənarda oynadırdılar.

20220510_221200.jpg

Məstan pişik də öz kefində. Soyuq hava isti peç. Xoruldayıb yat.

20220510_221012.jpg

Uşaq vaxtı anam bizi günorta döyə-döyə yatırardı. Yazıq yorğunluqdan bizi yatızdırarkən özü yatardı. Biz də durub qaçardıq oynamağa. Deyərdi vaxt gəkəcək yatmağa vaxt axtaracaqsınız. Bəzən işlər elər elə gətirir ki, doğurdan da yatmağa vaxt axtarırsan. Belə ömür gedir biz sə may ayının 20 sini belə başa vurduq. Yarpaq yanan kimi günlər sürətlə yanır. Canınız sağ, cibiniz pulla dolu, şansınız bol olsun.

Steem alın, bizimlə qalın.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

@tipu curate 2

Thanks for selected my entry.