Mənim seçimim mənim dəbimdir.
Salam Əziz dostlar. Əziz steemit topluluqları. Bu gün mən də topluluğumuzun təşkil etdiyi ikinci sezonun ikinci həftəsində təşkil olunmuş "Mənim seçimim mənim dəbimdir." müsabiqəsində öz fikirlərimi paylaşacağam.
Dəb nədir? Geyim mədəniyyətidir yoxsa düşüncə tərzidir.
Ta qədimdən yerləşdiyi hava şəraitindən və digər vəziyyətlərdən bütün dünyada insanlar əsasən geyimdən öz ehtiyaclarını ödəmək üçün yəni xarici mühitin təsirindən, yağışdan, qardan, soyuqdan, küləkdən, qızmar günəşdən qorumaq vasitəsi kimi istifadə edib. Yalnız illər keçdikcə geyimin və xarici simanın səliqəli, gözəxoş olmasına fikir veriblər. Beləcə inkişaf getdikcə insanlar biraz çaş-baş qalıblər bəzən nə edəcəklərini, nə geyəcəklərini düzgün seçməməyə başlayıblar. Belə baxanda geyimin gözəl və yaraşıqlı olması, həmçinin dəbə uyğunluğu ilə də iş bitmir. Geyimdən nə vaxt, harada istifadə edilməsi qaydasını da unutmamaq lazımdır. Qaldı ki, insanın saç düzümü və ya qadınlarda qızıl ziynət əşyaları və makiyaj məsələlərinə bu isə estetik gözəllik və xarici mühitə münasibətdir. Yəni insanın xarici görnüşü ona olan münasibətlərə bilavasitə təsir göstərir. Necə deyərlər məclisdə adamı geyiminə görə qarşılayıb ağılına görə yola salarlar.
Bu fotoşopda saç stilimi yoxlamaq üçün seçdiyim variantlardır. Yenə də indiki forması daha yaxşıdır. Mən Əvvələr dövlət idarələrində işlədiyim zaman iş üçün daim kostyum geyindiyimdən özümü kostyumda daha rahat hiss edirdim. Yay-qış, toy, qonaqlıq, digər adi tədbir və vəziyyətlər üçün də. Zaman keçdikcə özümü sərbəst geyimə ilk olaraq cins şalvar geyinməklə alışdırmağa başladım. Məktəb direktorumuz deyərdi Amerikada cins fəhlələr və kənd yerində fermerlər üçün nəzərdə tutulmuş daha dayanıqlı parçadan hazırlanmış paltardır. Bizdə bunu toya və daha ciddi tədbirlərə geyinirlər. Belə baxanda sözdə həqiqət var. Harda nə geyinəcəyimizə diqqət yetirməyimiz daha cəlbedici və bizə olan münasibətə birbaşa təsir göstərən əsas amillərdən biridir.
Dəri rəngimizə uyğun rənglərmi yoxsa xoşumuza gələn rənglərmi.
Moda aləmində dəri rənginə və alt dəri rənginə görə geyim rəngləri sinifləndirilir. Həmçinin burda əsas məsələ insanın dəri rəngləri uyğun geyim rəngləri ilə uyğunlaşdıqda insanda əhval ruhiyyə qalxır və insan səbəbsiz özünü daha xoşbəxt hiss edir.
Dərilərə Uyğun Geyim Rəngləri
- Açıq rəngli dərilərə çəhrayı, qara, qırmızı, bənövşəyi, boz, krem, yaşıl olan geyim rəngləri uyğundur.
- Qəhvəyi rəngli dərilərə krem, sürməyi, xardal, yaşıl, tünd qırmızı, mavi, qəhvəyi olan geyim rəngləri uyğundur.
- Tünd rəngli dərilərə çəhrayı toz, bej, fil sümüyü, açıq qırmızı, açıq mavi, açıq yaşıl olan geyim rəngləri uyğundur.
Öz zövqünə görə yoxsa ətrafdakı insanların fikri ilə geyinmək
Hər ağıllı adam gözəl olmağa həmçinin ətrafındakı insanların da yaraşıqlı olmasına da daha çox diqqət yetirir. Yəni insan hər yerdə hər şeydə gözəllik və səliqə-səhman axtarır. Zövqlə geyinməyi bacarmaq insanın mədəniyyətini göstərən cəhətlərdən amillərdən biridir. bu həqiqətən də bir istedaddır. Geyim seçiminin başlıca əhəmiyyəti ondan ibarətdir ki, o, insanın sürətini, simasını tamamlayır, onu mühitlə əlaqələndirir. İnsanın geyimi onun davranış və xassiyyətinin də göstəricisi olur bəzən. Biz geyimi başqasının zövqlərinə görə seçdikdə sanki aldatmaca olur bəzən. Bizə uymur başqasının dəb fikiri. Çünki xüsusiyyətlərimizi əks etdirmir geydiklərimiz. Quzu dərisinə girmiş tülkü kimi olur insan. Əsasən gənc nəsil geyim seçimində öz zövqlərinə görə deyil də ətrafdakı insanların fikri ilə geyinməyə üstünlük verirlər. Bu da öz növbəsində insanda özünəinamsızlıq, özünəgüvənsizlik kimi xarakterin formalaşmasına səbəb olur. Belə olan haldainsan öz fikrini həyata keçirə bilm bacarığını da itirmiş olur. Öz sərbəst seçimi olmayan insan bəzən çox böyük həyat qırıqlığına da məruz qalır ki, bunun da birbaşa səbəbkarı özü olmuş olur. İş zamanı da, ailədə də belə gənclərin kənardan idarə olunması öz təsirini göstərir.
Bu isə mənim bu yay üçün yeni geyim tərzim. Açıq yaşıl, mavi, ağ və qara rənglərdə geyimləri daha çox xoşlayıram. ayaqqabı daha çox qara və açıq şabalıdı rəngə üstünlük verirəm. Eynək taxmağı heç bir şəkildə bacarmadım. neçə dəfə yoxlamışam gülməli gəlib mənə. Saat klassik görünüşlü dah çox xoşum gəlir və yalnız tədbirlərdə istifadə edirəm. Digər bəzək əşyalarından istifadə etməyi sevmirəm. Sadə və rahat olmaqdan daha çox məmnun olduğumu və ətrafımdkı insanların da belə istədiyini düşünürəm. bu qədər.
Əsl Familsayağı post. Dəb haqqında araşdırmaların çox xoşuma gəldi. Uğurlar😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər Nurəngiz xanım. Belə müsabiqələr üçün yazmazdan əvvəl bir neçə araşdırma aparmaq və məlumat almaq mütləqdir deyə düşünürəm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wow! I was actually enjoying your write up without knowing that I've reached the end 😄 You are a good writer.
While reading through, i picked a point from your article;
Yes, it is true that someone else's fashion taste won't suit another because fashion is a personal thing. In fashion freedom of choice is being given, as such; we must do what we are comfortable with.
You look elegant in your choice of fashion, friend!
Best regards!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
It is a great honor for me, my friend. Fortunately, there is a steemit platform that brings us together. Endless thanks.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Most welcome, friend!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Salam Gözəl İnsan. Çox gözəl, zövqlü postdur. Gec yazdığım üçün üzürlü say. Ola bilər ki, Səndə də Məndə olduğu kimi bəzi fikirlərə kopmleks var o cəhətdən bəzi şeylərdə özümə uyğunluğu gördüm. Dostum sığortada işləyirdi. Hara gedirdi klassik forma. Onun yerinə mən uje bezmişdim. Bilirdimki, işinin tələbi bu idi. Rəsmiyyət önəmlidir həm də işin ciddiliyi. Hər bir iş ciddidir. Amma bu sahələr tamam fərqlidir. Bilirəmki, məni çox gözəl anlayırsan. Bu etabları keçmisən artıq. Dəriyə uyğun rənglər lap yerinə düşdü. Belə bir fikirdə əlavə edim, İNSANIN GEYİMİ ONUN PSİXOLOGİYASINA ÇOX GÜCLÜ TƏSİR EDİR. Hələlik bu qədər. Təbriklər👍🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oxuyub fikir bildirdiyin üçün təşəkkürlər gözəl dost. Özümü biraz təsvir etmək istədim rəsmdə(yazıda). Modaya ilk baxışla, fəsilə görə geyim, dəri rənginə görə geyimin rəngi, zövqə görə geyimin modası və rahatlığı.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox gözəl. Təqdirə layiqdir.👏👏
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dəyərləndirdiyiniz üçün təşəkkürlər...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I can't see that you are doing great went it came to fashion and design thank for sharing
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I understand you. You did not read the article because it was written in Azerbaijani, and you wrote your opinion at first sight. But I advise you to read the article, if possible. It's not about fashion or design, it's about my own style and approach to fashion. Thanks for watching))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit