Bir çox anlama gəlir günəşi görmək. Mən isə neçə gün buludlu və yağışlı soyuq havanın ardından göy üzünün açılmasını və günəşi yenidən gördüyümə şad oldum.
Çox keçmədi ki, buludlar günəşi yenidən gizləməyə, yeri isə soyuq və qaranlığa çevirməyə can atırdı. Həyat həqiqət yaxud həqiqətin önündə dayanan qara buludlar kimidir. Kiminə günəş çıxarkən kiminə günəş qara buluflar arxasında qalır. Arifə bir işarə. 😉
Həqiqəti anlamaq mənasına gələn bu ifadə hər gün günəşi görmək arzusu hər kəsin həyatının əsas hissəsini özündə əks etdirsə də mən qarışdırmağa başlamışam. Həqiqətmi yoxsa yalanmı düşündüklərim? Bəzən tam anladığımı zənn etdiyim həqiqət bildiklərim bir müddət sonra anladığım yeni həqiqətin yalanı olmuş olur. Bu gün doğru anladığım sabahın yalanıdırsa o zaman bu gün sabahımın yalanını yaşayıram. Bəlkə buludlar da belədir bizə yeni həqiqətləri anladır. Bu paradoks fikirlər mənim faydasızlığımın nədəni olmasın deyə söhbəti bağlayım.
Səhər az kofe və bal ilə qarışdırılmış süd necədi? Yanında da biraz mal yağında qovrulmuş fəslin təzə tər pomidor, bibər, soğan üstünə də iki dənə yumurta ilə səhər yeməyi.
Sonra bağdan əsil meşə giləmeyvəsi dadında çiyələkdən yığıb gətirdim evə. Biraz turş və dadlı. Həyətimizdə bitən hər bir ağacın meyvəsinin bizə daha çox faydasının olduğunu bilirdinizmi?
Əvvəl bir yerdən oxumuşdum bu haqda. Bir məsəl vare bir adam haqqında danışanda onun kəndindən misal çəkərlər. Filankəs o kəndin suyundan içib. Bizim maddi və mənəvi xüsusiyyətlərimiz, nəfəsimiz ətrafa verdiyimiz enerji o ərazidə olan bütün canlılara təsir edir. Əsas da bitkilər. Çünki onlar bizim tükətdiyimiz oksigeni yenidən yarada bilməsi üçün nəfəsimizin məhsulunu udamaq məcburiyyətindədirlər. Bizim haqqımızda ən çox məlumatlı olan su bədənimizfən ifraz olunduqdan sonra torpağa qarışır yenidən buxarlanır, yenidən bitkilərə və ya təmiz su şəkilində bizə qayıdır. Bir evdə çox yaşasan o evin digər yaşayanlarının xassiyyətlərini və ya xəstəliklərini bir az da olsa qəbul esirsən, həmçinin onlar da sənin. Düşünürəm ki, bir yerdə çox savadlı, cəmiyyət qursaq bir neçə nəsil sonra o yerin bütün insanları savadlı olacaqlar. Bunun bir həqiqət olduğunu düşünürəm. Düşünməklə, danışmaqla, yazmaqla bitməyən həqiqətlər. Hər gün fikirlərimizi burda yazırıq, kimlər oxuyub ya şərh yazır, ya da yazmadan keçib gedir. İlk başlarda mənfəət üçün baş vursaq da bu platformaya indi artıq fərli bir şeylər var sanki. İndi yazıları yazarkən bir ilham pərisi gəlir. Yaza bilmirsənsə söndürüb heç düşünmək belə istəmirsən. Bu gün bu postu yazarkən dostum @revan746 gündəlik yazı üçün maraqlı bir paylaşımımın olacağını soruşdu. Yazıram lakin maraqlı olacağını bilmirəm. Günfəlik yazıların öz kuralları var. Bu kurallar keçerli olursa sizin yazınıza kuratorlar ses verecekdir fark etmez maraqlı ya maraqsız. Qayda mütləq şərtdir. Hadisələri öz fikirinlə canlandır, bədiləşdir. Bizim bu aydan başlayaraq yazdığımız yazılarda hər kəsə fayda verə bikmək adına yazılarımızı bir hesaba yönəltmişik. Və nə qədər səs ala bilirsək o bütün üzvlərə çatacaq bir gücdür. Hələki kuralları ödəyə bikmədiyim üçün iki dəfə dəyişiklik etmək məcburiyyətində qalmışam. Bunu məcburiyyət kimi deyil də qaydalara riayət etmək kimi başa düşmək lazımdır. Bu hər kəs üçün xoş qarşılanmalı bir durumdur. Söz sözü gətirər. Çox yazmaq da bir şey deyil oxuyana da hörmət eləmək lazım.
Gün yeni başlayıb axşama qədər çox hadisələr çox yenliklər olacaq inşəAllah.
Günəşi hər gün görmək arzusu ilə hər birinizə cansağlığı və səadət arzu edirəm...
Steem alın, bizimlə qalın.
Congratulations!
Your quality content qualifies the Steem Global Curators guidelines.
Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks for selected my entry @baycan
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
O boşqabdan bizdə də var))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😀💫20-ci əsrin ən çox satılan boşqabı.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit