Yaşa dolduqca yediyimiz yeməklərdə dəyişiklilər etmək lazımdır deyə düşünürəm. otaq şəraitində, əsasən stresli və yorucu iş şəraitində davamlı işlədikdə bədənin bir-birinə dastək olan vitamin və mineral dəyərləri yavaş-yavaş zəifləməyə başlayır. Belə olduqda yediyimiz yeməyi çox yeməklə sadəcə bədənimizin alışdığı doyma hissini yerinə yetiririk. Bu da çəkinin artmasına, ayaqlarda damarların çıxmasına və bir çox xəstəliklərə səbəb olur. Fəsil dəyişkənliklərində bədənimizin əsas vitamin və mineral vəziyyətini yoxlayaq. Ara-bir qısa müddətli bu yüngül səhər yeməyini əsasən 10 günlük kətan toxumu, küncüt, çörəkotunu əzib bir stəkan qatıq əlavə edib birazda kişmiş əlavə edib yeyirəm. cörəkotu acılıq qatır deyə boğazda biraz acı qalır.
Bu arada deyim ki, effekti həqiqətən də hiss edirəm.
hər birinizə can sağlığı və uzun ömür arzulayıram.