İlk velosiped

in hive-131355 •  3 years ago 

Yadıma gəlir,
velosiped sürmək üçün can atırdım. O qədər həvəsli idim ki, velosipedim olmasada bütün bəzək əşyalarını almışdım. Spitsalara taxılan rəngli noğul fasonlardan tutmuş siqnallara qədər. Mənlə məzələnirdilər hətta. Evdəkilər deyirdi ; at almamış nal alıb bu.
Yeni manatlar hələ yeni yeni buraxılmışdı dövriyəyə. Xülasə, balaca bankamı anamla kassa tipində düzəltdik. Yarı manat yarı məmməd. Qəpiklər filan. Nənəm günlük 2 şirvan. Atam 2 manat atırdı. Çox həvəsli idim. Amma sürə bilmirdim. Heç sürməmişdim. Və mən hər gün məhəlləmizdəki Bayram dayının yanına gedib velosipedlərə baxırdım. Necə düzəldirdi. Aman tanrım. Dəhşətizm. O sepdəki qara yağ, təkərlərdəki işıqlar. Möhtəşəm idi sadəcə. Hələ oturacaqları demirəm...
1 ay keçməmişdi ki, bankanı həvəslə atıb tutan zaman qəpiyin ağırlığından bankanın altı düşdü. Qəpiklər dağıldı. Sevinirdim... Pulu saydım. 40 manat yəni 20 şirvan var idi. Nənəmin gəlməsini gözlədim. Gələn kimi getdik aldıq bmx 20 lik göy rəngdə ceyranı... İlahi o nə hisslər. Pıtır pıtır idim. Hehe görməmiş kimi oturdum veloya... Sumqayıtda Nizami parkını görmüsüz yəqin. Orada nə qədər dirək varsa hamısı ilə elə ilk gün tanış oldum. Sabahı gün isə artıq daha rahat sürürdüm. Mənim 7-8 yaşım var idi. Və beləcə maraqlı zad.. şey yəni əhvalat.
5.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!