Zaman və Sergey Ponomarenko

in hive-131355 •  3 years ago 

Bir çoxumuz zamanda səyahət etməyi xəyal etmişik. Demək olar ki, bu "kaşki" dediyimiz bir çox anların əsas düşüncəsi olub. "Ağlım olsaydı, filan vaxti belə edərdim" deyə öz özümüzə deyinib durmuşuq.

Bəs elm adamlarl buna nə deyir? Onlar bu absurd faktı təsdiqləyirlər. Yəni mümkündü. Təbiətin yardımı ilə. Fəqət işin qəribə tərəfi odur ki, bunu hər an və ya hazırlıqlı şəkildə edə bilmirik. Xülasə, təbiətin surprizidir.

Təbiət, bizə bunu necə mümkün bilir? - zamanda səyahətin və ya zaman sürüşməsinin yaşanması üçün bəlkə də milyonlarca il keçməlidir. Bu isə tıbiətdə bir neçə saat deməkdir. Okeanda kiçik su damcısı qədər fərqsizdir.

Tarix boyunca dəfələrlə zaman sürüşməsi yaşanmışdır.

Bəs bu bir insanın başına gələrsə, nə olar? Məncə aşağıdakı mətni diqqətlə oxuyaraq Sergey P.-nın cavabları ilə cavab tapacaqsınız.

Sergeyin görüldüyü ilk yer Ukraynanın paytaxtı Kievdir. O, hündür binaları təəccüb və qorxu içərisində süzürdü. Üzərində 2006 ilinə aid geyim tərzinə aid heçnə yox idi. Və birdə boynundan asılan, demək olar ki, kolliksionerlərdə tapıla bilən fotoaparat.

Binalara çox qəribə baxması, patrul polislərinin diqqətini çəkər. Və Sergeyə yaxınlaşaraq ona necə kömək edə biləcəyini soruşar. Sergey isə cavabında Pekolava prospektinin yolunu soruşar. Patrul belə bir prospekti tanımadığını söyləyincə, Sergey bu prospektin "Layafka" bölgəsində olduğunu söyləyər. Adres haqqında heçnə bilməyən Polis, maşında oturan növbə yoldaşından soruşmağı düşünər. Və xəritədə bu yeri incələdiklərində belə bir yerin olmadığını görərlər.

Sergey dünyasından fərqli yerdə olduğunu anlamışdı. Panika və qorxusu hiss edilirdi. Sergeydən vəsiqəsini tələb edərlər. Amma bu vəsiqələr çoxdan qüvvədən düşmüşdü. Sadəcə bir kağız parçası idi.

Vəziyyətdən şübhələnən polis, Sergeyi şöbəyə və oradanda klinikaya apardılar. Sergey həkimlə danışan zaman, ən son xatırladığı 1958 -ci ildə olmasından söz açmışdı. Və ən son xatırladığı hadisə isə, əlindəki kamera ilə binaları çəkərkən səmada işıqları gördüyünü, çəkim bitdikdən sonra isə özünü o yerdə hiss etdiyini dedi.

Özünü sübut etmək üçün kamerasını verdi. İçindəki neqativ rulon incəllənməli idi.

Sergeyin hekayəsini anlamaq üçün onu bir otaqda bir neçə günlük qonaq edəcəklərdi. Hətta otağının qarşısına bir adam da yerləşdirilməsi şərt idi. Nə olar nə olmaz deyə.

3.cü gün sonra otağda Sergey və ona aid hansı əşya var idisə, yoxa çıxmışdı. Ondan 1alan tək şey, negativ rolular idi.

Neqativin içərisindəki şəkillərdə, Sergeyin həmin dediyi yerdə daha alçaq binalar var idi. Yanında da bir qadın ilə olan rəsmlərdə 2 ci müdaxilənin olmadığı dəqiqləşdirildi.

Bu qadın haqqında araşdırma edildiyində, adının Valentina olduğu bilindi.

Valentina Klimova - Buz konkisi

Valentina ilə əlaqə yaradıldığında ,Valentina onlara belə söyləmişti.

  • Bəli Sergey 1958-ci ilə itmişdi. Onu axtarışa vermişdik. Üzərində olan geyim və kamerası ilə axtarışda idi. - Bu ifadələr 2006-cı ildəki Sergey ilə eyni idi.

Bu hal qarşısındakı polislər təəccüblə daha çox araşdırma edərlər. Və 1960-cı ildə Sergeyin qonaq olduğu radio proqramda "sizə gələcəkdən xəbərim var. Onlar yeməkləri qızdırmaq üçün xüsusi sobalardan istifadə edir. Naqilsiz telefonları var" demişdi.

Aradan 2 il keçmişdi. Valentinaya e-mail göndərilir. Maildə Sergeyin şəkli var idi. Və Sergey günümüzdəki binaların qarşısında, qeyb olduöu yaşda idi. Bu şəkilin kim tərəfindən çəkildiyi sual altında idi. Daha çox qabaran və bilinməzə çevrilən bu iş, polislər tərəfindən bağlandı. Və Sergey bilinməz olaraq tarixdə qaldı.
resim_2021-07-31_005345.png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!