Club5050 ❤️ Better Life Season 3 | 12.02.22| Sıradan adaptasiya günləri

in hive-131355 •  3 years ago 

Salam, əziz Steem Azerbaijan ailəsi. Necəsiniz? Bizi soruşsanız, çalışırıq yeni həyatımıza adaptasiya olaq. Şükürlər olsun, Bakıdakı qonşuların səs küyü olmadığı üçün, rahat yatıb dururuq. Ancaq bir neçə gün idi ki, Rəcəbin dişi ağrayırdı, indi çəkdirib amma yeri hələ də ağrayır çünki tikiş atıblar, yeri dərin olduğu üçün. Bir neçə dəfə də həkimə getməliyik hələ. Üstəlik vaxt itirmədən sənədlərimizi də düzəltməliyik. Çünki Rəcəbin oturumu olmalıdır ki, burda rahat yaşaya bilsin.

Sabahı tutduğumuz evdə açırıq, oyanır oynamaz dadlı, faydalı veqan qəlyanaltı hazırlayıb, Rəcəbi oyandıram. Bu şəhər qlütensiz, çox dadlı pankek hazırladım, yanına da veqan qatılaşdırılmış süd. Çox dadlı idi.

InShot_20220212_200107993.jpg

Günorta yeməyi üçün göbələyi soğanla qovurdum. Üzərinə hazırladığım avokado mayonezi tökdüm və yaşıllıqlarla bəzədim.

InShot_20220212_200145599.jpg

Axşam yeməyimiz hazır aldığımız Ukraynanın milli yeməyi vareniki oldu. Həm kartoflu həm də kələmli.

InShot_20220212_200354413.jpg

Səhər yeməyini yeyib mamagilə gedirik, bir də axşam evə qayıdırıq. Beləliklə bacım və qardaşımla doyunca zaman keçirqə bilirik. Belə əziz insanlar, hamınıza xoş günlər diləyirəm.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!