CLUB5050 ❤️ The Dairy Game- Better Life Season 3 |08.02.22| Bacımın nişan günü

in hive-131355 •  3 years ago 

Salam dəyərli Steem Azerbaijan ailəsi. Hamıya ürəkdən gələn bir sualım var, necəsiniz?
Ümid edirəm hamı sağlam və xoşbəxtdir. Biz şükürlər olsun yaxşıyıq. Gələndən bacımın nişan mərasimi teması var deyə, hər gün başımız qarışıq olurdu. Nəhayət ki, dünən bacımın nişanı oldu. Şükürlər olsun, hər şey ürəyimizcə oldu.

IMG_20220207_135259.jpg

IMG_20220207_135241.jpg

IMG_20220207_125115.jpg

Mama, Qəbələdən yerimiz Jalə və bacım başladıq bişirmək işinə, iki gün mətbəxdən çıxmışdıq 😆 Dünən oldu nişan/ istəmə. Qonaqlar xonçaları ilə gəldilər, biz gözəl süfrə hazırladıq. Hamı dedi, güldü əyləndi. Yeni ailə üzvümüz Sarvan çox sadə, mehriban oğlandır.

IMG_20220207_150832.jpg

Yaman həyəcanlı idi, biz də Rəcəblə çalışırdıq söhbət edib, ortamı yumşaldaq. Üzük taxma mərasimində hamı bir kövrəldi çünki Sarvanın anası 3 il öncə dünyasını dəyişib. Atası Nərgizə üzüyü taxanda dedi ki, bu üzük də Sarvanın anasının yadigarıdır. Hamı kövrəldi :( atam da bacıma baxıb kövrəlmişdi.

IMG-20220207-WA0017.jpg

Sonra sıra şirin çaya gəldi, mən çayı hazırladım, padnuzu götürüb bacımla birlikdə düşdük ortalığa. Əməlli başlı 100$ yaxın bəxşiş yığdım nə az nə çox düz 2.550 qriven. Rəcəblə bacıma 1000 qriven pul vermişdik, o pul bizə artıqlaması ilə qayıtdı.😆

IMG_20220207_152344.jpg

Bizim təzə qohumlar meyvə-tərəvəz işinə baxırlar deyə, bir sürü meyvə və tərəvəz gətirmişdilər. Avokado, mango, lime və daha nələr nələr. Biz veqanlar da belə şeylərdən xoşbəxt oluruq. Məclis bitdi, çantaları doldurub, qayıtdıq evə. Şükürlər olsun kainata.

![IMG_20220207_144440.jpg](UPLOAD FAILED)

IMG_20220207_135316.jpg

IMG_20220207_135241.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!