CLUB5050 The Diary Game Better Life Season 3| 07.05.22| Məcburi köçkün (Davamı)

in hive-131355 •  2 years ago 

IMG_20220501_211253_446.jpg

Matthias getdi, biz də uşaqlarla vidalaşıb çıxdıq yola. Atamın tanışı gəlib bizi maşınla götürdü. Bizi öz kafesinə apardı və orda bizə kofe ikram etdi. Biraz söhbətləşdik və dedi ki, siz dövlətə sığınsanız daha yaxşı olar, gəlin sizi aparım mültəci mərkəzinə. Ancaq biz Rəcəblə Munich də uzun müddət qalmağı düşündüyümüzü dedik və başladıq ev axtarmağa. Ev tapa bilmədik ancaq kiçik büdcəmizə uyğun hostel tapdıq. Atamın dostu bizim veqan olduğumuzu öyrənib iyrənc zarafat etdi "bir dəfə ət yeyin heçnə olmaz" sonra falafel yeməyi təklif etdi. Yedik, biraz söhbət etdik və yollandıq hostelimizə. Yaxşıca dincəldik sonra düşüb Münxenin küçələrini gəzdik. Rəcəb üçün ilk idi ancaq mən 3 il öncə bu küçələrdə gəzmişdim. Rəcəbin üzündəki xoşbəxtlik məni çox sevindirirdi. Çünki o 17 yaşından Almaniya xəyalı ilə yaşayırdı ancaq pulu olmadığı üçün gələ bilməmişdi . Mənim zəhmətkeş həyat yoldaşım sırf Almaniyaya gəlmək üçün 17 yaşından işləyib pul toplayır. Lazeroloq kimi çətin iş görərək, kənara hər il min əziyyətlə pul atıb buralara gəlməyi düşünürdü. Soyuq və qorxunc müharibə Rəcəbi xəyallarına doğru itdi və biz burdayıq. Həyatın işinə bax ..

IMG-20220503-WA0008.jpeg

Axşam evə gəlib ancaq ev axtarırdıq, bəlkə kimsə bizi evinə alar və biz qeydiyyatdan keçərik deyə amma 27 nəfər insan hamısı yazdı ki, artıq evimdə adam var ancaq 28-ci qız bizi sabah saat 12-də qəbul edə biləcəyini dedi. Çox xoşbəxt olduq, əşyalarımızı topladıq və atamın dostuna xəbər etdik ki, o da bilsin, o da dedi ki mən sizi qızın evinə apararam. Tam hosteli tərk edərkən, qız yazdı ki, bağışlayın amma sizi qəbul edə bilmərəm çünki çox pis xəstələnmişəm. Rəcəblə yenə çarəsiz qalmışdıq. Çox düşündükdən sonra qərara gəldik ki, ən yaxşısı mültəciləri qeydiyatdan keçirdikləri yerə gedək. Getdik, bizim adımızı siyahıya alıb dedilər gözləyin. Təxminənn 1 saat sonra avtobusa mindirdilər və hara getdiyimizi bilmədən çıxdıq yola.

InShot_20220507_133407362.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!