CLUB5050 The Diary Game Better Life Season 3| 27.04.22| Məcburi köçkün (Davamı)

in hive-131355 •  2 years ago 

Yanımıza yaxınlaşan almanı çox ciddiyə almadıq öncə çünki hər tərəfə yazılmış "yad insanların maşınına minməyin" yazısı bizi qorxutmuşdu. O isə təkid edirdi, bizə öz sənədlərini göstərir və istəsək onun şəklini çəkə bilərik deyirdi. Biz də düşündük ki, bəlkə də ona şans verməliyik çünki ən uzağı nə ola bilər ki, biz 4 nəfər idik o isə tək. Ancaq yenə də ona güvənmədiyim üçün, yaxınlaşdım polyak polislərinə və əlimlə onu göstərib dedim ki, biz bu insana güvənə bilərik mi ?Polis məni kənara çəkib dedi ki, bax inanıb inanmamaq sizin əlinizdədir biz heç nədən cavabdeh deyilik.

IMG_20220329_130200_084.jpg

Əgər onunla getmək istəyirsinizsə, şəkillərini çəkin ailənizə atın, qoy nə isə olsa sizi tapmaq olsun. Sonra onun şəkillərini çəkdim.Çamadanlarımızı maşına qədər aparmağa bizə kömək etdi. Bəli, biz tanımadığımız ölkədə bir başqa ölkənin tanımadığımız insanının maşınına minib, tanımadığımız şəhərə getməyə risk aldıq. Yol boyu söhbət etdik, bir-birimizi tanımağa çalışdıq.

IMG-20220417-WA0030.jpg

O 40 yaşlı bir alman idi, Freiburg şəhərində yoldaşı və 2 kiçik oğlu ilə yaşayırdı.Europa Park da insan resuslarında direktor idi. İnternetdə o danışdıqca araşdırırdıq və görürdük ki, adam düz deyir. Bir ara saxladı bizə yemək və kofe aldı, hər nə qədər pul vermək istəsək də götürmədi. Gecələmək üçün çox gözəl bir hotel de bizim üçün 5 nəfərlik yer rezerv etdi. O bizim qarşımıza çıxan bir mələk, bir qəhrəman idi. 15 saat qucağımızda çamadanla yol getdikdən sonra nəhayət rahat bir otelə çatıb duş alıb dincələ bilmişdik. Səhər saat 10-da yemək zalında görüş təyin edib, hamı öz otağına getdi. Səhər açıldı, hazırlaşıb düşdük aşağı, Matthias da gəldi və bizə Almaniya ilə bağlı məsləhətlər verdi. Sonra bizimlə vidalaşmaq məcburiyyətində olduğu və ailəsinin onu gözlədiyini dedi. Sağollaşdıq, o getdi və mən kövrəlmişdim. Ağlamaq gəlirdi içimdən amma özümü sıxmışdım. Niyə mi, çünki yaşadığımız dünyada insanlar insanlığını itirib, çünki öz yaxınlarımızın çoxundan belə yaxşılıq görmürük çünki soyuqqanlı faşist dedikləri alman bizi o xaotik vəziyyətdən çıxarıb rahatlığımız üçün çalışmışdı çünki o bir yad olsa da bizi sanki doğmasıyıq kimi qorumuşdu. Öz adıma deyirəm ki, onun bizə etdiyini həyatım boyu unutmayacam və həm ona həm də ailəsinə dua edəcəm. Qoy bizim "hər şeyi bilən" özündən razı xalq görsün ki, Europa Parkın ən önəmli işçisi necə yardım sevərdir.
O sağollaşıb gedəndə özümü birinci sinifə ilk qədəm qoymuş şagird kimi hiss etdim. Sanki valideyn uşağı qoyub gedirdi və uşaq bundan sonra özünü idarə etməliydi. Orda eləcə qalmışdıq ancaq oteldən çıxıb atamın dostunun iş yerinə getməli idik çünki o bizə harada və necə qeydiyyatdan keçməli olduğumuzu göstərəcəkdi. Hazırlaşıb çıxdıq..
Ardı var

IMG-20211127-WA0005.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!