Steemitazerbaijan məni bağışla ki, mən yazı yaza bilmirəm. Nəyin ki yazı yazmaq, heç yemək yeməyə, çay içməyə əhvalım yoxdur. Müharibə başladığı gündən yeni travmalarım yaranıb, içimdə bitmək bilməyən narahatlıq var.
Lviv Polşa sərhəddində yaşayırıq. Burda ucu bucağı olmayan növbələr var. İnsanlar günlərdir sərhəddə yol keçmək üçün sıraya düzülüb. Bəzilərinin maşını yoxdur 60 km yolu piyada gedir və gecəni küçələrdə qalırlar.
Hamı həm yorğunluqdan həm də rahatlıqlarının pozulduğu üçün çox aqressivləşib. Atamın kiçik kafesi var, hamımız gedirik ora ki, yemək içmək olsun insanlara verməyə. Ancaq insanlar bizim yolumuza çıxıb bizi keçməyə qoymurlar. Düşünürlər ki, onların sırasına keçib, ötməyə çalışırıq. Kafemizə gedirik, icazə verin deyəndə passport, sənəd tələb edirlər və maşını yumruqlayırlar. Keçən gün qəsdən atamın maşınını vurdular. Maşın neçə min ziyana getdi.
Heç nəyə həvəsim yoxdur. Yorğunam və bütün bu yaşanılanlar məni dəhşətə gətirir. Tezliklə şərəfsiz rus hakimiyyətinin məğlub olması diləyiylə!
Allah sizlərə kömək olsun...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit