The Diary Game -Better Life Season 3 | 13.01.2022 | Doğum günüm

in hive-131355 •  3 years ago  (edited)

Salam əziz Steem Azerbaijan ailəsi
Bu gün sizə keçmiş doğum günümdən bəhs etmək istəyirəm. Artıq 27 -lər klubundan çıxıb, 28-ə girdim. Özümü 30-lu yaşlara heç belə yaxın hiss etməmişdim ancaq həqiqətən hər şeydən razıyam. Kainata sonsuz şükürlər olsun. 27 yaşım həyatımda yaşadığım ən ən ən möhtəşəm il oldu. Bu il nə qədər istədiyim arzularım gerçəkləşdi, nə qədər yeni yerlər gəzdim, nə qədər yeni insan tanıdım, bunlar hamısı çox möhtəşəmdir. Çox təşəkkür edirəm bu il həyatımın bir parçası olan hər kəsə, hər şeyə. Keçək 28-ə :)

IMG-20220113-WA0006.jpg

Yuxudan oyandıq, gözəl səhər yeməyi yedik, evdə xırda işlərimizi görüb, saat 5-də çıxdıq evdən. Getdik mənim köhnə iş yerimə( köhnə iş yerim deyirəm qəribə gəlir mənə) ,orda dostlarımız var idi, hansı ki Albaniyaya getməyə hazırlaşırdılar həm onlarla son dəfə görüşək dedik həm də axşamkı party üçün digər dostlarımızı gözlədik. Hamı gəldi, mağazadan çıxdıq üzü Etiquette doğru.

IMG-20220113-WA0005.jpg

IMG-20220113-WA0007.jpg

Yol üstü iki dilim veqan tort aldıq, getdik kluba. İçəri çox geniş və təmiz idi, veqan alternativlər də yaratdılar bizə, yedik içdik. Sonra Fəridə və Günel də gəldi başladıq rəqs etməyə, ta ki nəfəsimiz kəsiləndək rəqs etdik. Həqiqətən çox gözəl keçdi günüm. İndi sizə hədiyyələrimin şəkillərini göstərəcəm:

IMG-20220113-WA0000.jpg

IMG-20220113-WA0001.jpg

IMG-20220113-WA0002.jpg

IMG-20220113-WA0004.jpg

Belə əziz insanlar, oxuduğunuz üçün çox təşəkkür edirəm.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!