The Diary Game -Better Life Season 3 | 19.01.2022| Ölümlə üz-üzə

in hive-131355 •  3 years ago 

Salam əziz Steem Azerbaijan ailəsi. Bir neçə gün öncə, Rəcəblə hazırlaşıb getdik asan xidmətə çünki təzə pasportum hazır idi. Həyətə düşdük ki, Rəcəb zibili atsın, mən də binanın aşağısında gözlədim. Elə əlimi atdım telefona ki, bildirişlərə baxım, birdən yuxarıdan böyük qoyun başı "kapişonuma" sürtünüb düşdü ayağımın altına. Qorxudan şok keçirtdim, gözlərimə inana bilmirdim. Kimsə yuxarı mərtəbədən qoyunun başının "ət"-li hissəsini kəsib skeletini atdı aşağı. Bu nə biabırçılıqdır? Bu nə həddini bilməzlik və etikadan kənar hərəkətdir axı? Onu atan məxluq( insan deməyə dilim gəlmir) heç mi düşünmür ki, aşağıdan insanlar keçir, birinin başına düşsə ölə bilər?!

IMG-20220119-WA0004.jpg

Sadəcə dəhşət! Rəcəb gəlib çox pis oldu, deyir bir neçə saniyəlik üzümü çevirdim, olanlara bax..
Bu hadisə hardan baxsan vəhşətlə doludur. Gedək lap əvvələ, heyvanın başı bədənindən ayrılıb, başının əti didilib və yeyilib və bundan sonra şüursuz şəkildə yuxarıdan aşağıya, bir başqa canlının(yəni mənim) başına atılıb. Yəni bir vəhşətlə başqa bir vəhşəti etmək..

IMG-20220119-WA0003.jpg

Həqiqətən özümü hələdə toplaya bilmirəm. İndi mənim yeni travmam və qorxum var. Hansısa mədəniyyətsiz və cahil bədbəxt ucbatından, mən qorxdum. Yuxarı baxdım və heç kimi görmədim. Bu bina və bərbad sakinləri artıq dözülməz olub. Bir bu qalmışdı bu bir il bir ayda başımıza gəlməyən, bu da gəldi. Özümü bir təhər toplayıb, Rəcəbdən möhkəm yapışaraq, binanın bağlı yerləri ilə üzü asan xidmətə doğru getdik, nə isə ki pasport şəklim qəşəng çıxmışdı, bu biraz əhvalımı düzəltdi.
18 yaşlı Fatimə ilə, 28 yaşlı Fatimə arasında çox böyük fərq var, indiki Fatimə daha xoş gəldi mənə. Veqan olmaq sanki məni gəncləşdirib💚

IMG-20220119-WA0005.jpg

Belə əziz insanlar, özünüzü sözün əsl mənasında qoruyun, qucaqlayın.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Yox, həqiqətən veqan olmaq yaxşı yaraşıb, binalardan qoyun başı düşməsə))

Çox təşəkkür edirəm Rəvan. Hə, bu insanlar hələ çox əvvəllərdə qalıblar. Hələ homo sapiens olmağı dərk etməyiblər. Heyf ki, belə mədəniyyətsiz insanlara görə, öz sevimli evimizdə doyunca yaşaya bilmədik.