Gecəniz xeyir. Bu gecə məhəlləmizin şəkilini çəkdim.
Gecə vaxtı məhəlləmiz çox sakit olur. Bu sakitlik insana çox xoş gəlir. Səhərin səs - küyündən əsər-əlamət qalmayıb. İnsanlar kimi məhəlləmiz də yatıb. Blokumuzun qabağında gözəl bir gilas ağacı var. O qədər çiçək açıb ki, adam baxdıqca, baxmaq istəyir.