Axşamınız xeyirli olsun. Bu gecə səbr haqqında yazmaq istəyirəm.
photo
Səbr Allahın 99 adından biridir. Allah insanlara səbirli olmağı tövsiyyə edir. Səbrin əvvəli acı olsa da, sonu şirin olur, deyib atalarımız. Səbirli insanlar çox xoşbəxt olurlar, çünki hər bir hadisəni səbirlə həll edirlər. Səbirsizlik, ancaq ziyan gətirir.
Photo
İndiki zəmanədə səbirli olmaq çox çətindir. Lakin nə qədər çətin olsa da səbr cənnətin açarıdır, deyiblər. Hər bir iş səbrlə yoluna düşər. Allah hər kəsə səbr versin.