Dəyərli Steemit ailəsi. Güman edirəm ki, yaxşısız. Bu gün həm mənim, həm də əksər əhalinin maraq dairəsi olan İncəsənətdən danışaq. İncəsənət əslində öz əməyimizin, öz həyatımızın məhsuludur. Daha açıq desəm, incəsənət insan duyğularını təsvir etmək üçün yoldur. Oxuduqca düşüncəmi daha yaxşı başa düşəcəyinizi ümid edirəm.
İncəsənətin müxtəlif qolları vardır. Məsələn, təsviri incəsənət, fotolar, şəkillər, musiqi həyatı, mahnı, rəqs, balet, musiqi alətləri ifası, xor, obrazlar, teatr, kino, film və s.
Bayaq dediyim kimi, incəsənət insanların duyğularını ifadə edən bir yoldur. Yəni, qəmgin olduqda daha çox mülayim, kədərli mahnıları dinləyirik, qəmginlik dedikdə ağıla ilk gələn rəng təsəvvürü qara, qəhvəyi daha çox tünd rənglərdir. Yaxud xoşbəxt, sevincli olduqda daha şən mahnılara üstünlük verib, rəqs edirik, sevincini şəkillərə tökən insanlarda var. Əhval-ruhiyyəsi nə qədər yüksəkdirsə, o qədər cəlbedici rənglərdən istifadə edəcək, nə qədər pisdirsə o qədər cızma-qara tərzi şəkillər yaradacaqdır.
İncəsənət kimisi duyğularını basdırmaq üçün, kimisi vaxtını səmərəli keçirmək üçün üz tutduğu bir yoldur. Duyğularını basdırmaq dedikdə insanlar, həmçinin özümdə əsəbi, qəmgin, kədərli olduqda mahnı dinləyib sakitləşməyə üz tutmağı seçirik. Kimisi mahnı dinləməklə duyğularını basdırır, kimisi isə rəsm çəkməklə sakitləşə bilir. Təbii ki, yalnız bunlar deyil. Bəzən isə ya dediyim kimi sadəcə vaxt keçirmək, hisslərini sakitləşdirmək üçün, hətta öyrənmək üçün belə üz tutulan bir incəsənət növü vardır. Heykəltaraşlıq-gildən əşyalar düzəltmək kimi incəsənət növlərindən biridir.
İndi fikir verirəm də incəsənət həyatımız ən vacib parçalarından birinə çevrilib. Həyatımızın 60-70%-i demək olar ki, incəsənətdən ibarətdir. Bəlkədə gələcəyin rəsm ustası, heykəltaraşı bu Steemitdən çıxacaq, nə bilmək olar. Nə də olsa hər kəsin həyatında az-çox incəsənət ruhu vardır.✨
Xüsusi incəsənət bacarığı olan kəslər həqiqətən dəryadı. Məsələn mənim kimi hamıda olmuya da bilər 😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hər kəsin özünə məxsus həyatda rolu var,sizinkidə budu demək ki.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit