Salam, dəyərli Steemit ailəsi. Güman edirəm ki, yaxşısınız. Postun adından da gördüyünüz kimi bugünkü mövzumuz atlardır. Daha da aydınlaşdırıcı olsaq, Qarabağ atlarından. Qarabağ ərazisində geniş yayılmış dağ-minik at cinsidir. Bu atlar həm Asiya da, həm də Qafqazda ən qədim at cinsi sayılır. Gün keçdikcə bu atlar dünyaya soraq salmağa başladı.
Ən yaxşı atlar daha çox Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Qarabağ atı yüksək qaçış sürəti ilə digər atlardan seçilir. 1600 metrə yaxın məsafəni düz 1 dəqiqə 54 saniyə qət edir. Atın normal öz yerişi saatda 8 kilometrdən çoxdur. Bu atların yeriş forması çaparaq yerişdir, yerişləri çox geniş və cəld, bütün hərəkətləri çevikdir. Bayaq da dediyim kimi bütün dünyaya səs-soraq salmağa başladı.
İlk soraq salınan yerlərdən biridə İngiltərə olmuşdur.
Xruşov hakimiyyətə gəldikdən sonra, Avropa ilə yaxınlaşmaq məqsədi güdür. O, ilk olaraq isə Böyük Britaniyadan başlamağı düşünür. Bu qərarı aldıqdan sonra, İngiltərə kraliçası haqqında araşdırır. O, belə bir məlumat əldə edir:" İngiltərə kraliçası II Yelizaveta atları çox sevirmiş." Bu səbəbdən Xruşov Ağdama bir briqada göndərilməsini əmr edir. Böyük bir briqada Qarabağ atlarına baxmaq üçün Azərbaycana gəlirlər. Gələr-gəlməz birbaşa Ağdama yollanırlar. Atlara baxış keçirildikdən sonra kraliça üçün Zaman adlı bir Qarabağ atı seçilir. Bu at təxminən 1956-cı ildə Londona gətirilir. Atı Londona qədər Əli Tağıyev adlı jokey gətirir. Aşağıdakı şəkil də Əli Tağıyev və Zaman adlı atdır.
Link to Photos
Kraliça atı görüb sevinir. Atı aldıqdan sonra Kraliça II Yelizaveta atın belində şəkil çəkdirir və Əli Tağıyevə verir. Bu atı başqalarında fərqləndirən cəhəti isə limona çalan, sarı-qızılı yaxud parlaq narıncı rəngidir. Qarabağ atının Şərq atları ilə cütləşməsindən Dilboz növü yaranıb. Bu at növünün rəngi boz, ağ, xallı olur. Hətta dözümlülüynə görə bu at cinsi Qarabağ cinsindən üstün hesab olunur.
Link to Photos
Dilbaz atları təmizliyi, geniş alını, qısa başı, dar burunu, ağır boynu, uzun kürəyi və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqları hər daim təmiz və mükəmməldir. Bu at növünün sümükləri digər atların sümüklərindən qat-qat qalındır. Cinsinin bu keyfiyyətləri yarışlarda da sözünü deyir. Bu atlar digər atlardan daim yüksəkdə tutulur. Hazırda Dilboz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda daha çox yer tutur.
Bu postunda yavaş-yavaş sonuna yaxınlaşırıq. Bu gündə Vətənimiz təkcə neftlə məşhur olmadığının şahidi olduq. Daha bu harasıdır ki:) Hə, əziz steemitçilər, bu qədər. Özünüzə yaxşı baxın.✨
1600 metr və 54 saniyə 👏möhtəşəm at cinsi💙😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əslində 1 dəqiqə 54 saniyədir.Amma yenədə digər cinslərdən seçilir:)❣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bildiyim qədəriilə atlar da yetərincə sadiq canlılardı. Həm də simvoldurlar. Təşəkkürlər maraqlı məlumat üçün✌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Həm sadiq,bir o qədər zərif.Çox sağolun.✨
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yazıya görə təşəkkürlər. Ama elə bil nəsə düz olmayıb axı???
Saniyədə təxminən 30 metr qaçmaq ....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙄🙄🙄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Reaktiv motor qoşulanda olur😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təsəvvür elə addım başı atla radara düşürsən)))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağolun bildirdiyinizə görə, yanlışlığa görə üzrlü sayın. 1dəqiqə 54 saniyə yazmalıydım.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Haşa üzür istənəcək bir şey yoxdu. Mexaniki yanlışlıq olduğun bilirdik. Uğurlar)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aleykum SALAM. Hörmətli yazar fikrimi düzgün anlayın. Postunuzdan 54 san- ın qarşısına 1 dəq sözünü də əlavə etsək çox şad olardım. Çünki, 1 san-a 29 metr qaçmaq olmaz.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağolun bildirdiyinizə görə, yanlışlığa görə üzrlü sayın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit