Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Bu gün böyük qayıdış günü idi. Və bu böyük qayıdış günündən əvvəl çoxdan başladığım bir işi tamamlamalı idim. Əvvəllər də postlarında afişa vermişdim ki, bir rəsm sifarişi almışam. Bu mənim ilk pullu sifarişim idi və mən çox şad idim. Bir tanış onun şəklini çəkməyimi xahiş eləmişdi və mən buna etiraz eləmək istəmirdim. İşə başladım. Deyim ki, rahatca çəkdim bitirdim, xeyr. Çox əziyyət çəkdim. Amma məncə, bir şey alındıra bildim. Şəklin əsli və mənim çəkdiyim.
Bu şəkli sahibinə təqdim eləyəndə çox sevindi və hətta gözlədiyindən daha gözəl alındığını söylədi. Hətta reklamını edəcəyini də dedi. Nəysə ki, bəyəndirdik, əsas olan da budu. Artıq Bakıdayam. İndi yaşayacağım bina çox böyük bir yaşayış kompleksidi. 20 mərtəbəli kompleks az qala adamın üstünə gəlir. İçərisində marketləri, uşaq əyləncə parkı, ay nə bilim dərzisi, iaşə obyektləri də var. Qiyməti də babatdı:)
Bir tələbə qızın ən böyük problemi sizcə, nə ola bilər?) Təbii ki, qarderobu. Şifoner paltarlarla dolu olsa da geyməyə bir şey tapa bilməmək tipik tələbə problemidi. Bütün dərslərimizin əyani olacağını bilən kimi ağlımıza gələn ilk problemin adı mən nə geyəcəyəm adlanır. Yeni paltar almaq həvəsi bitməz tükənməzdi. Nə qədər çox olsa, bir o qədər çatışmır. Mən də eləmədim tənbəllik özümü vurdum butiklərə. Bir iki şey aldım. Ürəyim rahat olmadı, bu öz yerində. Yəqin sabah dərsdən gələndə bir də baş vuracağam marketlərə.
Belə. Bu gün Bakıda çox istidi. Sentyabr istiləri adamı çox əzgin edir. Sanki, payız əlini qapının arasına qoyub içəri soxulmaq istəyir, yay icazə vermir. Səhər axşam payızdı, günorta isə yay. Hər birinizə uğurlu gün arzusu ilə.
@gulaybagirzade
Şəkil həqiqətən çox gözəl çəkmisən.Mən postu oxumamış, elə bildi telefonla edilən bir fotodur.Həqiqətən alqışş
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit