Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Mən bu gün çox yaxşıyam. Bir də görürsən ki, hər şeydən şikayətçi olduğun bir gün olur. Çox istədiyin bir şeyi əldə edim deyərkən şansını itirdiyin gün. Bakıda formula 1 yarışlarının hamını bezdirdiyi bir həqiqətdi. Həm səs-küyü, həm yollarda yaratdığı problem elə bunu deyir. Amma hər şeydə bir xeyir var, deməmişlərmi? Formula yarışları ilə əlaqədar Bakıya çox sevdiyim, izlədiyim və heyranı olduğum YouTube fenomenləri də gəlmişdilər. Təsəvvür edin, dünən mən keçdiyim yerdən məndən beş dəqiqə sonra qrup qızları keçmiş, onlara rast düşmüş və şəkil çəkdirmişdilər. Mən də hirsimdən nə etdiyimi bilməyəcək bir halda. Bu gün görürəm ki, instagramda öz səhifələrində artıq yarışların bitməsi səbəbi ilə çıxıb getməyə hazırlaşdıqları və alov qüllələrindən birindəki otelin qarşısında izləyiciləri ilə görüşmək istədiklərini elan veriblər. Tez hazırlaşıb evdən çıxdım. Budur milyondan çox izləyicisi olan Berk Keklik və mən.
Bu da digər fenomen. Hətta bacıma və rəfiqəmə salam da göndərtdirdim:)
Bu arada fenomenlər şapkamı bəyəndilər və ona kompliment də dedilər. Düşünürəm ki, dəb və stil mövzusunda yarışmaya qatılanda mütləq şapkamı da tərz kimi qeyd etməliyəm. Bu gün alov qüllələri də bir ayrı gözəl görünürdü. Yəqin mənim əhvali ruhiyyəmdən asılı idi.
Bu gün nəhayət, hava bir az sərinlənən kimi oldu. Növbəti imtahanımızın hüquq nəzəriyyəsi olduğunu demişdim. Müəllimlərimiz hər dəfə imtahana azı 5 gün qalmış sualları göndərirdilər. Bu müəllimimizə hələ yaxşı bələd deyilik. Bizim akademiyaya təzə gəlib. Necə qiymət yazdığı barədə heç bir fikrimiz yoxdu. 28 may metrosu yanında ucuz kopirovka olduğu üçün oraya gəldim, təxmini sualların kopirovkasını çıxartdırdım. Elə çıxartdırıb qurtarmışdım ki, uşaqlar müəllimin sualları atdığını və bunların mən çıxartdırdığım suallarla fərqli olduğunu görüb sındı qol qanadım yanıma düşdü. Qayıdıb gəldim. Yolüstü bu göyərçinləri çəkdim.
Hirslənən adama ən yaxşı gələn şopinqdi. Mənim də bir alacağım paltar mövzusu var idi. Elə onu da bu gün həll etmək qərarına gəldim və bir paltar aldım. Ürəyimcə oldu. Onu da yarışma üçün saxlayım:)
Bu gün çox təzadlı bir gün oldu. Fenomenlərlə şəkil çəkdirməyim, sonra kopirovka məsələsində fiaskoya uğramağım, daha sonra çox xoşuma gələn paltarı almağım. Sonda müsbət şeylərin mənfi şeylərdən çox olması ovqatı üstün gəldi. Evə gəldim və çox rahatam. Sizin də rahat olmağınız diləyi ilə @gulaybagirzade.
Super super super.... 🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Good
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əgər biri həyatındakı istəklərinə çata bilirsə və özünü xoşbəxt hiss edirsə bu superdir...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit