Rəsmin mənasına kim qərar verir? Biz mi, rəssam mı?

in hive-131355 •  3 years ago 

Hər insanın ayrı bir bakış açısı olduğu üçün hadisələri, obyektləri müxtəlif cür dəyərləndirirlər. Rəsmi də eyni şəkildə.

Tutaq ki, bir dostunuzla rəsm sərgisinə getmisiniz. Qarışıq bir tabloya baxırsınız, tabloda sarı rəng çox istifadə olunub. Sarı sizə günəşi, işığı xatırladır, tablonu nikbin dəyərləndirirsiniz. Ancaq dostunuz sarını səhra, quraqlıq rəngi olaraq görür və bədbin dəyərləndirir. Siz bu mövzuda mübahisə edirsiniz və internetdən araşdırmağa qərar verirsiniz. Məlum olur ki, sarı sadəcə tablonun müəllifinin ən sevdiyi rəng imiş və tabloda istifadə etmək istəyibmiş.

20211030_004230.jpg

Rəsm belədir, hərə bir cür fikir bildirir, amma heç kim tam şəkildə oradakı "mənanı" tapa bilmir. Mənanı tapmaq üçün gərək həmin rəssamın özü olasan. Çünki insan beynindəki fikri heç vaxt istədiyi kimi ifadə edə bilməz. İstər danışıqda, istər sənətdə. Biz insanlar fikrimizi ifadə etmək üçün sözlərdən istifadə edirik. Amma bu sözlər sadəcə işarələrdir. Məsələn, insanın yaşadığı o qədər fərqli, ağır, ya da yüngül hissi "sevgi", "qəm", "qorxu" kimi balaca sözlərə sığışdıra bilirik. Rəssam da yaşadığı, hiss etdiyi duyğuları tabloya, dəftərə sığışdırmağa çalışır. Ya da, sadəcə ən sevdiyi rəng olduğu üçün sarıdan istifadə edir))

20210718_165355.jpg

Gördüyünüz kimi, rəsmi anlamaq çətindir, amma bir o qədər də asan. Tövsiyəm budur ki, çox düşünməyəsiniz :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Gözəl rəsim bacarığınız var👍🏼

təşəkkürlər🌻💛

Yaradıcı insanlar az da olsa özünü ifadə edə bilir. Sadə rəsm, mürəkkəb həyat