Salam Steemit Azərbaycan ailəsi. Düzdür, yazımın adını sürpriz gün qoydum. Amma əvvəlcədən planlaşdırılmışdı. Rəfiqəm Nəzirə bizə gəldi. Cəmi iki il, onu da natamam oxusaq da onunla çox gözəl anlaşırıq. Onun gəlişi həqiqətən bayram oldu mənim üçün.
Tələbə olduğumuzu biləndən sonra görüşməmişdik onunla. Çoxlu söhbətlər tökülüb qalmışdı. Anamgil də imkan verdi, yaxşıca həsrət giderdik:) Şəkil çəkmək də öz yerində.
Qonaq gəlmələrin ən önəmli qismi hədiyyə qismidi. Hədiyyəni sevməyənmi var?) Kim deyirsə, mən sevmirəm, yalan deyir. Bunları necə sevməyəsən axı?)
Axşam da müəllimlərim gəldilər. Bir az qızarıb bozardım təbii ki. Özümü dərsdəki kimi hiss elədim. Nənəmin qonaqdan ötrü ürəyi gedir. Otursun 70 illik bir tarixçəsi olan söhbətlər eləsin:)
Bu arada ən çox sevindiyim işlərdən biri də nə oldu, bilirsinizmi? Divarda çəkib asdığım şəkilləri ən dürüst şəkildə qiymətləndirənlər də oldu. Müəllimlərim evə girən kimi ilk rəsmləri gördülər və çox bəyəndilər😊
Ümidvaram ki, siz də bəyəndiniz. 😊 Oxuduğunuz üçün təşəkkürlər.
Dünyanın ən gözəl mənzərəsi. Sözün əsl mənasında müəllim olmaq dünyada ən gözəl peşədir. Bir də müəllimlərinin səni dəyərləndirməsi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəli😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🦋❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ehhhh 2 qız bir yerə düşmüsüz qeybətlər qırılıree..Temboli arada 2 illik fasilə.. FAİRY bitər, Sizin söhbətlər bitməz))) Hiss olunur ki, müəllimlərimiz də sizinlə fəxr edirlər. MAŞALLAH olsun. ALLAH Nənəyə də ömür versin. AMİN🤲 Rəsmlər də super. MAŞALLAH🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağ olun)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bir daha təbrik edirəm. Ən həyəcanlı günlər bu gündən sonra başalayacaq.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər, hiss edirəm:)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kənddə uşaqlıq dostlarımın bir nənəsi var. Qardaşımla dostumgilə hər futbola gedəndə maksimum gözünə görünməməyə çalışardıq. Adam bildiyin Azıx mağarasındakı o çənənin nəvəsidir. Hətta həyətə baxçadan girirdik ki, görməsin, o dərəcə😁
İlahi, neçə dəfə çənəsinə yaxalanmışıq...😅😅 Nə deyim. Düşün futbol üçün gedən uşaqlar olaraq bütün günün nənənin kalxoz vaxtı yaşadığı hansısa xatirələrinə qulaq asmaqla keçir, necə olar insan 🙄🚬
Tanrı nənələri qorusun)
Fotolar üçünsə şərhə ehtiyac yoxdur💯
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bizim nənə nadir eksponatdı. Qulağı da ağır eşidir. Ölürük qışqırmaqdan))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit