Dostoyevski deyir ki..

in hive-131355 •  3 years ago 

Dostoyevski deyir ki, bu dünyada ən çətin şey insanın özünə sadiq qalmasıdır. Baxaq görək o özün içində nələr var bəs ? O özə insanın prinsipləri, qərarlı şəkildə "yox"ları , mübarizəsi, dostluğu, sevgisi, yaradılmışa olana mərhəməti və ən ali duyğuları aiddir. Hansı ki, sənin başına ən dəhşətli şeylər gəlmiş ola bilər, dünyanın ən bədbəxt insanı sən olmuş ola bilərsən öz nəzərində, amma yolundan dönmürsən. Bu mənasız mübarizə ya da dayanıqlılıq halı deyil. İnsanın əməlləri ilə ruhunu öz gözündə pillə - pillə ucaltdığı mən'inə hörmətidir.

PicsArt_10-24-10.23.47.jpg

PicsArt_10-24-10.22.23.jpg

Yolu nə üçün qət etdiyini unutmamasıdır. Nəticəni xəyal edib, ayağına batan tikanları əllərini parçalasa belə yerli dibli çıxarıb bir kənara tullamasıdır. Hər zaman boş-boş çərənləyən, özündə sənin və başqalarının adına danışma haqqını görən, durmadan yolunu kəsən, zəhmətinə maneə olmaq istəyən yaradılış adına utanclar olacaq. Önəmli olan sənsən. Bütün təsirlərə, səslərə, davranışlara qulağını, gözünü, qəlbini bağlayıb, özünə bələd olan, onu tanıyan sən.

IMG_20211024_210723.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Dostoyevski oxuyan insanları öpün, qucaqlayın ☀️

Eynən !! 🌹

Kaş hər kəs özünü dəyişəcək, ruhunu gözəlləşdirəcək gücə sahib ola bilsəydi)

Gözəl vurğulamısınız .Çünki bu həqiqətən də mənəvən güc tələb edən prosesdir. Tanrı bizləri o dərinlik səviyyəsinə endirsin deyək :)

Ürəyinizə sağlıq. Düşündüm də ən çox özünə qəddardır insan. ((

🌹

🌹

Nə yaxşı ki, biz tələbələri bura dəvət etmişik.

Diqqətiniz üçün təşəkkür edirəm 🌹

Təşəkkür. Dostoyevskini oxuyanda insan özünü dərk edir. Əgər insandısa.

Haqlısınız. Onu oxuyanda insan ən çox özünü dərk etməyə başlayır..