Bəzən mənə deyiləndə ki, "çox anlayışlı adamsan, dərin düşünürsən, empati duyğun yüksəkdir" bir an beynim mənlə sanki oyun oynayır, amma sonra düzəlir. Bütün fikirlər oturur bir-bir yerinə. Əvvələr qınayardım. Empati nə deməkdir bundan belə xəbərsiz idim. Dostlarım daha yaxşı xatırlayar :) Önyarğısı tavan insan olmuşam.
Zaman zaman amma dəyişdi hərşey. Mən dəyişdim. Buna səbəb konkret olaraq bu oldu deyə bilmərəm. Çünki elə bir şey olmadı. Səbəb hamıdır, səbəb başa gələn çətinliklər, sandığa atdığımız təcrübələrdir. Hansı ki biz hiss etməsək belə yavaş yavaş öz effektini göstərir. Hətta səmimi şəkildə deyərdim ki, səbəb mən özüməm. Özümə "bəlkə sən görə bilmədiyin və ya ümumiyyətlə aşkarda olmayan kadr arxası səhnə var?", "bəlkə də nəysə/kimsə əskikdir və ya tamamlanmayıb" suallarını verən mən. Ya da belə deyim. Gizlində daima mənə bu sualları verməyə məqam güdən Mən. Fikirləşirəm ki, bu mərhələyə gəlməyimdə ən çox payı olan proses o suallar qismidir. O sükutdur. Hansı ki, sən özün özünlə baş başa qalırsan və dinləyirsən özünü. Həyatda heçnə və heçkəs insana özündən daha yaxşı müəllim ola bilməz. 💫
Odur ki, empati qurmaq , önyarğıdan qurtulmaq və qınamamaq, azad, yüksüz insan olmaq üçün HEÇ VAXT gec deyil. Elə bugün sınayın.
Təcrübələr bizi püxtələşdirir! O təcrübələr ki, səhvlərmizin məcmüəsidir.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eynən :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Həyat dərs keçir insana. İstəsək də istəməsək də alışırıq hər bir şeylə
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ən gözəl müəllim odur bəlkə də ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit