Söz, sevgi, duyğu xəsisi insanlara yazığım gəlir. Sual vermək istəyirəm ki, "axı niyə özünüzə bunu edirsiniz?". Ən adi görünən, lakin fəsadları ağır olan şeylərdən biridi bu, fikrimcə. Bu adamı " sərt insan " qəlibi altında daşlaşdırır. 'Güclü' olmaqla duyğusuz olmağı səhv salır bəziləri..
Çox təəssüf.
Üzünüzü güldürən insana, gün ərzində kefinizi qaldıran mənzərəyə, şahidi olduğunuz hansısa bir xoş hadisəyə görə təşəkkür etmək çox böyük zənginlikdir. Ən böyük zənginlikdir. Biz hislərimizə verdiyimiz cavablar qədərik. 🌙
Çox sağol demək. Üzə gülümsəmək, xoş təəssüratını bölüşmək, paylaşa bilmək.
Bunları bacarmaq sevgidir. Sevgi isə insanı dərinləşdirir. Könül gözünü açır. Onu dünyanın ən isti, ən yumşaq, ən böyük insanı edir. Ürəyiniz nə qədər yetirsə sevin...
Çünki paylaşdıqca artan tək nəsnə odur.
Bunları niyə yazıram ? Çünki bugün ürəyim yenə pambıq kimi olmuşdu..
Çox sevdiyim qrup yoldaşım mənə taa Qəbələdən öz bağlarından alma sovqatı gətirib. Hələ üstəgəl " Bunları atam yetişdirib, onun zəhmətidir. " deyərkən məni təsəvvür edin bir. ♥️ Özüdə Qızıləhmədi, ən sevdiyimdən.
Yəni, gözəl insanlar, sevgi baxın belə birşeydir. Ən minimal, ən kiçik nümunədə belə özünü göstərir. Varlığını hiss edirsən. Qəlbi sevgiyə açıq insanlar bu dünyada çox olsun. Onların varlığıdır həyatı yaşanılacaq vəziyyətə gətirən.
Bugün yenə şükür doluyam.. 🍃☘️🍃☘️🍃☘️
Biz hislərimizə verdiyimiz cavablar qədərik❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🌷
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Gözəl yazıdı. İstər istəməz Can Yüceli xatırlatdı. Təşəkkürlər və uğurlar !
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🥰☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
"güclü olmaqla duygusuz olmağı səf salır bəziləri" əladır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🌷
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Maraqlı post idi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🌷
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit