Hər gecə yatmazdan əvvəl minnətdarlıq hissimi paylaşa bilməkçün əlimdən gələni edirəm.. şükr edə bilməkçün.. görə bilməkçün. Yoxlayıram görüm könül qapım bağlı deyilki. Yoxlayıram görüm bugün tərəzinin hansı gözü daha çox çəkib. Nə qədər yorğun olmağıma baxmayaraq, beynimdə qarışqa kimi fikirlərin bir birinə dolaşmasına rəğmən bunları ayırd edə bilim deyə, doğurdan çox səy göstərirəm. Hər gecə..
İki gün əvvəl bir məsələ bir daha batdı gözümə. Həyat an məsələsidir. Bu dəyişmir. Heç bir halda. Bircə saniyə bəzən bizi hərşeylə vidaya sövq edir. Bəzən yenidən həyata bağlayır.. Görə bilmədiklərimizi görmək üçün o "an" ı yaşamalı oluruq..
Dualarımda hər zaman sevginin daha çox payı olub. Özümdə bunu hiss etmişəm son zamanlar. Mənə "sən bacarmayacaqsan" deyən müəllimimidə sevirəm artıq, illər əvvəl mənə səssiz ahh çəkdirən, nifrət hissini mənə daddıran "tanış xala"nı da , əlində nərgizlər metro qırağında telefonla danışmama icazə verməyən o balaca oğlanı da. Bilirəm. Onun günahı deyildi..
Heç birinin günahı deyildi əslində. Həyatda günahkar axtarmaq bəlkə də ən baş aldadan yoldur. Bəzən sadəcə anlamaq lazımdır. Bizi incidənləri anlamağa çalışan zaman, pillə pillə sevdiyimiz insanları onlarla yanbayan qoyan zaman dərinləşirik. Həyat başlayır bizə başqa pəncərələrini açmağa..
Arzu eliyirəm , birgün yerüzündə dərdi özündən böyük insanlar qalmayacaq. Hərkəsin hər mənada "şəfa" tapmasını cani könüldən istəyirəm. Bizim dərdimiz sevgidir.
İnsana sevgi.. Təbiətə sevgi.. Yaradılmışlara sevgi.. Bütün canlı, cansız fərq etmir, emosiyalarımızı dəyişən bütün nəsnələrə sevgi..
Ən başda isə özümüzə. Dərdi özü ilə olanın dərmanı çətindir çünki.
Nə gözəl yazıdı bu, təşəkkürlər😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🌹
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit