Sevgi yaşadır..

in hive-131355 •  3 years ago 

228243.jpg

Həftələrdir həyatın "koşuşturmaca" sında mən də üzüb gedirəm. Avtobus, metro və küçələrdə qulaqlıq istifadə etmirəm, insanları izləyirəm. Ən çox əlləri.. Onlar danışır. Vallah, ciddiyəm. Hətta əllərinə baxarkən, gözümün önünə insanların ən 'kritik' məqamlarını belə gətirə bilirəm. Ümid eliyirəm, məni anlayan insanlar var, çünki əksini düşünməməkdən yanayam..

228246.jpg

Daha sonra tez tez sosial həyat, insanlar, qurduğumuz çevrə və ən yaxın beş insan ( hansı ki biz onların cəminin ortalaması olmuş oluruq) haqqında çox baş sındırıram. Məsələn, keçən günlərin birində bu cümlə: "mənim üst üstə toplasan heç beş tanışım yoxdur" bütün gün boyu məni düşündürmüşdü..
Daha sonra bir dostum " bəlkə də mən sevgini ən çox səndə hiss etmişəm" cümləsini qurmuşdu mənə. Ürəyim pambıq olmuşdu onda da..
Mənə belə şeylər çox toxunur. Günlərlə düşünürəm, götür qoy edirəm ki, həyat, sən necə qəribəsən.. Sənin hesabın necə dəqiqdir..
İnsan sevdikcə dərinləşir. Əmək verdikcə layiq olur. Nə yaxşı ki, biz sevgimizə layiq insanları tapa və onları tanıya bilirik. Nə yaxşı ki, ürəyimizdə hüdudsuz sevgi daşıya bilirik. Doğmalıq hissini əskik etməyənləri, paylaşanları Tanrı qorusun. Sevgisini, niyyətini ürəyində yaşayanları isə lap çox qorusun. Qorusun ki, anlasınlar dünya paylaşanda, bölüşəndə cənnət olur.

228245.jpg

Dünyada sevgisiz kimsə qalmasın. Çünki mənim ən sevimlim demiş : " Həyatda insana bir sevgi, birdə sevgisizlik hərşey elətdirir. "

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Əla yazıdı. Təşəkkürlər😊

Çox sağolun ❤️

Ürəyinə sağlıq, Gülşən🙏🏻

❤️