Salam Steemitazerbaijan'ın dəyərli və əziz yazarları. Bugün sizlərə asiya mətbəxinə aid olan funçoza əriştəsinin evdə münasib qiymətə hazırlanmasını göstərəcəm. İlk olaraq deyim ki əriştəni paketdə Bravodan 7 manata almışam. Bir paketdə 4 porsiya var. Normalda restoranda 1 porsiyanı 8-12 manata verirlər. Belə çox sərf edir. Təbii ki bunu bişirən zaman tək əriştəni yemirik. Müxtəlif tərəvəzlər, souslarda əlavə olunur. Həm dadlı həm də sürətli olduğu üçün tövsiyə edirəm.
Şəkillərdə ən aşağıdan əvvələ doğru hazırlanma qaydası var.
Ləzzətli Noodles hazırdı. Nuş olsun
Tərəvəzlər yaxşıca bişdikdən sonra noodles sonda əlavə olunur.
Sous kimi soya və şirin çili istifadə etdim.
Tərəvəzlər əlavə olunur
Noodles üstünə qaynar su əlavə edin . (10 dəqiqə qalsın)
Zəncəfil doğrayıb atırıq tavaya ilk növbədə.
(Öncədən tavanı qızmağa qoyub , zeytun yağı əlavə edin)
Göbələk bibər kabaçok kök vəs doğrayıb ata bilərsiz tavaya