Bədahətən

in hive-131355 •  2 years ago 

Yazı yazmaq istədim. Ağlımda başqa bir mövzu vardı. Doğrusu dünən Rəvanla (cenab revan746 )telefonda işdən gücdən danışırdıq, elə oldu ki ani olaraq mövzu gəlib çıxdı " beyləqan vəziyətə ".

20220323_173308.jpg

Misallı məsəlli mövzu oldu. Qardaş da məsləhət gördü ki ; "sonra deyirsən mövzu qıtlığıdı, yaz da bunu. Gül kimi mövzudu". Əlqərəz bu gün isdədim yazım o mövzunu. Yazı yazmazdan əvvəl dedim bir səhifəyə göz gəzdirim görüm nə var nə yox. Baxdım ki "kulubumuzun fəallarından Rafiq kişi",

20211215_151237.jpg

namı deyer "mandello1" traktor haqqında yazı yazıb. Traktor şəklini görər görməz, yadıma çoxdan oxuduğum bir yazı düşdü. Dedim bu günlük Rafiq kişinin yazısından ilhamlanıb bunu yazım.
Mövzunun "girizgahı" uzun olduğu üçün çalışacam qısa yazım.
Keçmiş zamanların birində, günlərin bir günü kəndin yaşlı ağsaqqalı, qara nəfəs kənd çayxanasına girir. Təlaşla, həyəcanla; "ay camahat dünyanın sonu çatıb, xəbərdən xəbəriniz yoxdu... falan filan."
Hamı təəccüblə nə olub nə baş verib ay kişi? Bir özüvü ələ al de görək nə olub?
Kişi deyir gəlin öz gözünüzlə görün. Hamı bir yerdə kənd meydanına gəlir. Ağsaqqal əlini uzadıb deyir, baxın bu icada, ixtiraya. Dünyanın sonudu ay camahat.
Adamlar baxırlar ki meydanda bir Traktor dayanıb.

3085_preview.v2.jpg

Deyirlər ki; Ağsaqqal burda nə var ki qeyri adi. Traktordu da, neçə ildi icad olunub. Niyə təlaşlanırsan?
Ağsaqqal cavab verir ki. Yox bala bu elə belə şey deyil. Siz onun təkərlərinə baxın. Ön təkərləri balacadı, arxa təkərləri böyük. Görünüb ki, kiçiklər böyüklərin arxasınca gedər, burda tərsinədi. Kiçiklər önə keçib, böyükləri arxasınca aparır. Əgər ki böyüklə kiçiyin yeri dəyişik düşübsə demək dünyanın sonu çatıb...
Burda da Qabilin şeri yada düşür:

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz....

Di salamat qalın, do zavtra😉

P.S. Rafiq kişiyə təşəkkürlər mövzuya səbəb olduğuna görə🙏

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif