Dünyada bəlkədə milyonlarla bitki çeşidi var. Geniş yayılanlardan xəbərimiz olsa da, müəyyən bölgələrdə bitənlər haqqında çox vaxt məlumatımız
belə olmur .Bizim üçün elə "dövri qədimdən" üç meyvə var yeməli, onuda bölüşdürmüşük– "alma sənin, heyva da sənin, nar mənim". Ama "pəncərədən çölə baxanda" gördük yox başqa meyvələr də var. Məsələn Cənubi Afrikada tükənməsin deyə qorunan Marula ağacı.
Marula ağacının tarixi min illərə gedib çıxır. Arxeoloji sübutlar göstərir ki, bu ağac 10.000 il əvvəl əməlli başlı qida mənbəyi olub. Nətəri deyərlər bu ağac, Afrikanın botanika xəzinələrindən biridir. Həm də çox quraqlığa davamlıdır və min illərdir yerli sakinlər tərəfindən istifadə olunur.
Marula ildə bir dəfə və yalnız Afrikanın ən isti və ən quraq vaxtında meyvə verir.
Bu isti havada meyvəsi və kölgəsi ilə bir çox heyvanların xilaskarına çevrilir.
Afrika inanclarına görə doğulacaq uşaqların cinsini təyin etmək istəyən qadınlar, oğlan uşağı istəyirlərsə erkək ağacın qabığından, qız istəyirlərsə dişi ağacın qabığından içki hazırlayıb içirlər. Cənubi Afrikadan başqa Marula ağacı Madaqaskar, Sudan və Sahara arasındakı savanna və meşə ərazilərində də yetişdirilir. Son zamanlar quraqlığa davamlı olduğu üçün İsrail və Hindistanın bəzi yerlərində yetişdirilməyə başlanılıb. Adam qorxmaya gətirib elə bizim ölkədə də əkib çoxaldasan bu ağacı. Niyə qorxmasa yazdığımı oxusaz biləcəksiz. Təbii şəraitdə ağacın hündürlüyü 15-20 metrə çatır.
Meyvəsi vitamin və minerallarla çox zəngindir.
Kəskin ətirli, şirəli və turşməzə olan Marula meyvəsində, portağaldan 8 dəfə çox C vitamini var. Meyvənin qabıqlarından içki hazırlamaq və ya qəhvəni əvəz etmək üçün istifadə olunur. Bundan əlavə, ağacın gövdəsi yumşaq olduğu üçün taxta xammal kimi, qabığının içindən isə kəndir hazırlanmasında istifadə olunur. Ağacın meyvəsinin toxumlarından alınan yağdan dəriyə qulluq üçün mühüm vasitə kimi istifadə edilir və bütün dünyaya satılır. Ağacın meyvələrinin ən diqqətçəkən xüsusiyyəti meyvələrin günəş işığı altında yüksək temperaturda fermentasiya olur və tərkibində 17 % spirt əmələ gəlir. Meyvəni yeyən istər adam olsun, istər heyvan olsun hamı kayfda olur. Yekə demir, balaca demir hamını aşırdır.
Deyirəm, yoxlamaq lazimdir, bəlkə bizdə də kök atar.Bunlar hamsi meymuna dönüblər ki)))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Həm içkidi həmdə zakuska, ikisi birində)))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Elə çıxır ki,bu ağacın faydalı iş əmsalı 100%-dir? ))))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bu ağac əsil bayram,xeyir iş ağacıdı))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit