Nəfəs al...

in hive-131355 •  3 years ago  (edited)

Bu sevgimdə daşa dəydi
Bəxtəvər daşın başına.

Qarımış göy üzü kimi
Asta-asta qar yağıram
Sağ əlim qışın başına

Daha dostlar da qocalıb
Mənim Parisim dağılıb
Bütün səfillər yığılıb
Yenə Qavroşun başına.

Bəs o kimdi göydən baxdı
Baxdı...baxdı...yoxa çıxdı
Bir güllə də şimşək çaxdı
Yağan yağışın başına.

Bu sevgim də daşa dəydi
Daş düşsün daşın başına...

Aqşin Yenisey

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Mükəmməl. "Sağ əlim qışın başına" olmalıdır yəqin, texniki səhv gedib.

Çox sağ ol dediyin üçün. Düzü yazdım sonra heç təkrar oxumadım. Yenə çox sağ))

Arada "Yenil il tənhalığı"nı da paylaş.

O da əladı, paylaşacam