Vicdan ölmədiyimiz bir dünyanın cəhənnəmidir
Yerini axtarsan, azarsan, itkin düşərsən öz bədənində
Günah ölmədiyimiz bir dünyanın cənnətidir
Tikan tək gizlənib güldə, musiqi tək örtünüb çılpaq simdə!
Gül tikanın, səs sükutun azadlığıdır!
Öz yalqızlığına keşik çəkən o qoca əsgər,
Başqalarını öldürdü başqalarının uğrunda
Yarası qaysaqladı, metala, medala döndü sol çiyninin altında.
Məqsədi buralı kimi ölməkdi!
Çünki yer üzü öz ölümləri ilə məşhurdur!
Ustalar ona şabalıd ağacından tabut əvəzinə əsa qayırdı.
Çünki insan öz ümidlərindən daha uzunömürlüdür!
Əsa ağacın, ağac tabutun azadlığıdır!
Və o məmləkətin bir quyusundan su çıxdı, bir quyusundan neft!
Bir məmləkət ki, at kimi kişnədi odla suyun arasında.
Kişnəyəndə and içir at!
Qisasının dördayaqlı olduğuna!
Su yanğının əsarəti, yanğın odun azadlığıdır!
Qaranlıq gecənin yalnız insana aid rəngidi.
Pisliyi yalnız insan çevirə bilir çörəyə.
İnsanın azadlığıdır qabağına çörək atılıb həyətdə
Zincirlənib bütün fəsillərə, qaranlıqdakı ağ itdə.
Çöldə qara qurd da ulayan itin azadlığıdır!
Ölmüş bir kəndlini heç danışmadan torpağa gömdülər
Sanki, günahkarmış və cəzası ölümmüş yaşamağının.
Ölüm budursa, tanrısı bir diktatordur bu sükutun.
Hər sükut bir bütün azadlığıdır!
Bu yetim uşaqlar, çətin uşaqlar
səkilərə atılmış quru çörək qırıqlarının arzularıdır.
Atalarını müharibə yeyib, analarını namus!
İnsan hələ də vətən keşiyi, bədən keşiyi çəkirsə,
Hamının olan və heç kimin olmayan bu qədim gəmidə,
Onun azadlığı…
Onun azadlığı… bağışla, ey Nuh!
Şalvarda gizlənmiş "g..tün" azadlığıdır!
A.Y
Qardaşım,sən bir fəlsəfi fırtına yaratdın burda))) Daşı daş üstündə qoymadın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox Sağ ol doktor qardaşım. Kaşki sizin profesiyanızın içərisində Vicdan doktoru, insaf doktoru,,,,...... da olsaydı. Görən onda insanlıq sağalardı?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit