Yuxu

in hive-131355 •  3 years ago 

Keçmiş zamanlarda, gecələrin birində sultan yuxuda görür ki, bütün dişləri tökülüb və heç nə yeyə bilmir. Yuxuda əziyyət çəkən sultan qara nəfəs oyanır. Vəziri çağırır və əmr edir ki, sarayın yuxu yozanı dərhal onun hüzuruna gətirilsin.

529px-Selim_I_&_Piri_Mehmed_Paşa.jpg

Sarayın baş yuxu yozanını yuxudan oyadıb elə yuxulu-yuxulu sultanın hüzuruna gətirirlər. Sultan yuxusunu danışıb soruşdu:

"Baş yuxu yozan, bu yuxu yaxşıdır, yoxsa pis? Bu nə deməkdir, mənə de".
Yuxu yozan bir qədər fikirləşir; sonra titrək səslə:

"Pisdir, Sultanım" deyir, və izah etməyə başlayır:

"Siz çox yaşayacaqsınız, o qədər çox ki, bütün yaxınlarınız,qohumlarınız bir-bir gözlərinizin önündə ölüb gedəcək, və siz tək qalacaqsız".

Bir anlıq sükut çökür; Sonra padşah qışqırır:

"Tez bu düdüyü atın zindana, fəlakət xəbərçisi olmağın nə olduğunu öyrənsin!"

sultan-selim-in-vefatinin-500-uncu-yil-donumu-13618416_amp.jpg

Yuxu yozanı yaxa- paça eləyib, tutup sürrütdəyib atırlar zindana. Sultan başqa bir yozan tapmağı əmr edir.
Yeni yuxu yozan tapılır gətirilir Sultanın hüzuruna. Sultan eyni yuxunu danışır və soruşur:

"Xeyrdi, yoxsa şər?"

İkinci yozmaçı da alnını qırışdıra qırışdıra, saqqalını eşə eşə bir az düşünür, götür qoy edir və cavab verir;

EFpBX1PW4AEP92C.jpeg

"Yox, Sultanım! deyir. Qorxulu heç nə yoxdur, şər deyil, əksinə gözəl yuxudur. Bu yuxu bütün qohumlarınızdan, yaxınlarınızdan daha çox yaşayacağınıza işarədir. Sizin daha uzun illər ölkənizi idarə edə biləcəyinizə, ömrünüz boyu taxtdı tacda olacağınıza işarədir"!

Sultanın sevincindən "ağzı qulağına"dəyir:
"Bu yuxu yozanı sarayın baş yuxu yozanı təyin edin və iki kisə qızıl mükafat verin!" deyir.

Vəziyyəti əvvəldən axıra qədər izləyənlər yuxu yozandan soruşurlar:
"Əslində, səndə əvvəlki yuxu yozanla eyni şeyi söylədiniz. Nə üçün onu cəzalandırıb, səni mükafatlandırdı?”
Yuxu yozan gülür:

Təbii ki, eyni şeyi dedik; ama bəzi insanlara Nə dediyiniz yox, Necə dediyiniz önəmlidir. . .

İmage

İmage

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Tam doğrudur.Hər bir informasiyanı insanın həqiqi ehtiyaclarına uyğun olaraq, düzgün təqdim etsək, yüksək nəticə əldə etmiş olarıq.