Yay fəslidir və hər birimiz daha komfortlu istirahət arzusundayıq, amma bu bəzən ürəyimiz istəyən kimi alınmır. Kiminin müxtəlif mövsüm meyvələrinə allaergiyası var, kiminin günəş işığına, digərinin ağaclarda və çiçəklərdə gedən tozlanma prosesinə.
Həyat qaynayır amma biz əziyyət çəkirik. Asqırmaq, öskürmək, çətin nəfəsalma, qaşınma, səpgi, bədənin müxtəlif üzvlərinin (məs, əl ayaq, üz , dodaq ) şişməsi və s. narahat edən nəticələr. Bəzilərinin hətta su içməyə belə allergiyası var. Və düşünür ki, su içəndə boğulur , başqa rahatsızedici hallarla üz-üzə qalır.
Bəs mən sizə desəm ki, bunların hamısı sadəcə özünü qorumaq üçün lövbərdir və asanlıqla qurtulmaq olar, onda necə ? Qurtulmaq istəyərsinizmi ? Bəli, Allergiya orqanizmin özü üçün seçdiyi müdafiə mexanizmidir. Hər hansı şəraitdə və situasiyada yaranan allergiyaların səbəbi tapılıb aradan qaldırıldıqda allergiya heç olmamış kimi həyatımızdan çəkilib gedir və biz həyatımıza daha komfortlu davam edirik.
Praktikamda ən müxtəlif allergiya məqamları olub: toza allaergiya, pişiyə allergiya, şaftalı tükünə allergiya, çobanyastığı çiçəyinə allergiya, çiyələk, qarpız, süd, balıq, paxlalı bitkilər və daha nələr nələr. Və bütün bu allergiya növlərindən dərmansız , dietasız, cəmi 4 seansa tamamilə qurtulmaq mümkündür. Sadəcə siz oturub barmaqlarınızın köməyi ilə bu allergiyadan çəkdiyiniz əziyyətin fiziki və maddi dəyərini hesablayın. Anqistamin dərmanlara çəkdiyiniz xərc, analizlərə çəkdiyiniz xərc və s. Üstəlik yaşadığınız diskomfort. İtirdiyiniz zaman. Bütün bunlara dəyərmi?
Bilirəm ki, bu sətirləri oxuyursunuz və şübhəyə düşürsünüz: axı necə ola bilər ki, allergiya dərmansız sağalsın? Bəs necə ola bilər ki, siz dərman atanda allergiya dayanır , dərmanı saxlayan kimi allergiya yenidən başlayır?
İndi isə mövzuya daha ciddi davam edək.
Pişik allergiyası olan pasientimlə işləyəndə dedi ki, bu allergiyanı 24 yaşı olanda pişiyi hündür mərtəbəli binanın pəncərəsindən düşüb öləndə başlayıb. Biz işləməyə başladıq. Məlum oldu ki, pişiyinin ölümü ona məhz nənəsinin ölümü xatırladıb. Normalda ölüm insanlara bu qədər mənfi təsir etməməlidir. Əgər ölümü qəbul edə bilmiriksə, deməli, ölən insanla aramızda hansısa bitməmiş münasibət qalıb. Biz 21 yaşında nənəsini itirən xanımda nənəsi ilə bağlı sevgi duyğusunu aşkarladıq. Ona elə gəlirdi ki, nənəsini həddindən artıq sevdiyi üçün onun ölümünü qəbullana bilmir. Biz bu sevginin də kökünü araşdırdıq məlum oldu ki xanımın sevgi deyə bildiyi şey yaş yarımında olanda nənəsinin bu uşağı öz çiyninə sarıyıb gəzdirməsidir.
Beləliklə, nəticə aydın oldu ki, bu xanım sadəcə sevgi ilə qayğını qarışdırıb və hal-hazırda yetkin bir xanım olaraqdan bu qayğıya ehtiyacı yoxdur. Xanım bunu seans zamanı dərk edən kimi digər hadisələr domino daşı kimi yıxıldı. Əgər mənim qayğıya ehtiyacım yoxdursa, və ya özüm öz qayğımı çəkə bilirəmsə, deməli, nənəmin ölümünü rahalıqla qəbul edə bilərəm. Əgər nənəmin ölümünü rahatlıqla qəbul edirəmsə, deməli, pişiyimin ölümünün mənə nənəmin ölümünü xatırlatması lazım deyil. Əgər pişiyimin ölümünü rahatlıqla qəbul edirəmsə, deməli, mənə pişiklərdən qaçmaq lazım deyil. Beləcə, 3 gün sonra qadın artıq rəfiqəsinin pişiyi ilə təşəkkür videosu çəkib göndərmişdi.
Digər keysdə şaftalı tükünə allergiya var idi. Şaftalıya toxunan kimi qaşınır, bədəni ürpəşir və s. Araşdırdıq ki, bu hissi ilk dəfə 4-5 yaşı olanda bağda uzandığı yerə tökülmüş şaftalılara toxunanda yaşayıb. Amma bu ilk deyildi. Daha əvvəl kal əzgil yemək istəyib bu uşaq və ağzını büzüşdürən ,bədənini ürpərdən hiss yaşayıb. Bu hissin təsiri ilə şaftalının da eyni hiss yaşadacığını düşünüb. Bütün bu təcrübələri uşaq olanda yaşadığını anlayanda rahatlıq bu hissdən azad oldu və indi şaftalı mövsümündə rahatlıqla meyvənin dadını, ləzzətini duyaraq yeyə bilir.
Meyvələrlə bağlı allergiyalar , ümumiyyətlə, istənilən allaergiyanın səbəbi məhz hansısa hadisə ilə əlaqədardır. Bu hadisə tapılan anda hadisəni dəyişməklə allergiyadan qurtulmaq mümkündür. Sadəcə bu hər kəsdə individual olduğu üçün bir çox psixoloqlar şablonla edə bilmir. Bəziləri isə, ümumiyyətlə, belə bir müalicə metodunun varlığından xəbərsizdir. Düşünün, allerqoloqlar hələ də reseptlə müxtəlif antiqistamin preparatlar yazır, dərman şirkətləri hər il yeni növ allergiya dərmanları kəşf edir və apteklərdə satışa çıxardır.
Bu yazını oxuyub özünü görənlər sağalmaq istəyənlər rahatlıqla mənə müraciət edə bilərlər.
Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:
Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO
Oxduğunuz üçün təşəkkürlər!