Ölüm qorxusu!

in hive-131355 •  4 years ago  (edited)

image.png

İçinizdə neçə adam ölüm qorxusu ilə gündəlik üzə üzə qalır ? Liftdə, yol keçəndə, istidən nəfəs ala bilməyəndə.
Ölüm qorxusu əslində nədir ?
Onu sizə necə yükləyiblər ?

image.png

Ölüm qorxusu əslində yeni doğulmuş uşaqlarda olmur. Heç uşağa deyəndə də anlamır. Özünüzü ilk dəfə ölümü anladığınız yaşa aparın. Görəcəksiniz ki, özünə ölüm arzulamaq və ya ölümü ilə manipulyasiya etmək bizə böyüklərdən, daha çox da valideynlərimizdən keçib. Bu vərdiş öz növbəsində bizim də gündəlik yaşamımıza mane olur.
Aldığımız qərarlarda , yaşadığımız situasiyalarda etdiyimiz neqativ təxminlər bizə həmin neqativi yaşadır. Təxminləri isə bizə diktə edən məhz bu ölüm qorxusudur.

image.png

Necə qurtulmaq olar ?
Siz bu proqramın sizə hansı yaş dövründə yazıldığını bilmirsiniz. Bunun üçün də mən hypnos terapiyası ilə bu hisslərdən qurtulmağı təklif edirəm.
Özümü təqdim edim. Mən Jaləyəm. 12 illik insan resursları ilə iş təcrübəm var. Bu illər məni American Hypnos Academy də təhsil almağa sövq etdi. Artıq insan psixologiyasından gördüyüm problem məndə sual oyatmır. Çünki səbəbi bilirəm. Və o səbəbləri necə aradan qaldıra biləcəyimlə bağlı müəllif proqramı hazırlamışam. Bu proqramla addım addım mənim tapşırıqlarıma əməl etməklə sizinlə birgə hədəflərinizə gedən yolda qarşınızdakı maneələri dəf edəcik. Sizə individual strateji yaşam planı hazırlayıb ona 2 ay boyunca birlikdə əməl edəcik. Əgər siz də həyatınızda kökündən dəyişikliyə hazırsınızsa o zaman pulsuz konsultasiyamıza yazılın . Yeni həyata başlamağa birlikdə qərar verək.
Mənə müraciət etmək üçün instagram profilinə yaza bilərsiniz:https://www.instagram.com/jala_hypnocoach/

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Yazı üçün təşəkkürlər, Jalə xanım. Açığı, mən hər zaman öləcəyim günü, daha doğrusu, anı səbrsizliklə gözləmişəm və gözləyirəm. Təbii ki, təbii yoldan ölümü nəzərdə tuturam))

Ölümü gözləməyin özü də müəmmadır. Fəlsəfəsinə enəndə ölüm çox gözəldir. Və ondan qorxmaq lazım deyil. Biz doğulanda da hara gələcəyimizi bilmirdik və s. Amma doğulduq və qayğımızı çəkdilər. Ən azı 3 il heç bir məsuliyyətimiz olmadan yaşadıq. Bu dünyaya adaptasiya olduq. Amma ölümü davamlı olaraq zikr etmək və ya ölümü ilə manipulyasiya etmək bax burda bir qədər düşünmək lazımdır. Çünki belə hallarda 100/90 hallarda bu fikir kiminsə səsidir yaddaşımıza yazılıb.

Hər zaman həyatımızda bizim təsir edə bilməyəcəyimiz, hətda düşünə bilməyəcəyimiz hadisələr olur. Bu hadisələrin nə qədər içində və ya bilavasitə ətrafındayıq onu da bilmirik. Bəzən bizim axtaracağımız vasitələr və vasitəçilər öncədən həyatımıza daxil olur sonra hadisə baş verir. Hadisə dediyim yəni fəaliyyət baş verir. Bu gün hər birimizin bilmədiyimiz vəziyyətlər var ki, əslində o vəziyyət bizi narahat esəcək dərəcədədir, lakin hiss etmirik. Bu qədər şərh yazmaqda fikrimi izah etməkdə məqsədim sizin kimi yoldaşları, vasitəçiləri bəzən anında lazım olan vaxta yetirir Allah. İnstaqramım yoxdur. Lakin sizin konsultasiyanıza ehtiyac ola bilər. Bu haqda düşünməliyəm.

Famil, çox doğru düşünürsən ki, ehtiyac duyduğumuz hadisələri yaşayırıq. Yəni bizim içimizdə bir duyğu olur və biz o duyğunu yaşamaq üçün müxtəlif hadisələr yaşayırıq.

Əslində hər birimizin zaman zaman psixoloq yardımına ehtiyacımız olur. Gözəl yazıdı. Əlinizə sağlıq

Psixoloqlar bəzən insana lazım olan yardımı edə bilmir. Çünki onlara psixologiya tədris ediləndə yalnız dərsliklərdən oxudurlar. Praktika üçün canlı praktika keçə bilmir. Mənim fikrimi soruşsan psixoloqları sevməmişəm. Sevəcəyimi də düşünmürəm. )))) Amma hər birimizin həyatda yaşamaq üçün "kullanma klvuzu"na ehtiyacımız var . Bu labüddür.