Oxşamaq dərdi

in hive-131355 •  3 years ago 

İnsanların ən böyük problemlərindən biri də OXŞAMAQ dərdidir. Hə, Hə. Bu real problemdir. Orta statistik Qəzənfər " The Secret" filminə baxıb, yaxud da kitabını oxuyub öyrənib ki, eləcənə lotos(bardaş qurub) əyləşib gözünü yumub 1000000(görəsən, sıfırları düz yazdım? 6 sıfır olmalıdır) dollarlıq (hə, hə eləcə dollarlıq Qəzənfər hara manat hara?) çek təsəvvür eləsə, sabahı gün, ən geci birisigün poçt ilə (elektron poçt daha real variant kimi gəlir gözünə) bu çeki alacaq.

Bu Qəzənfər tipi mənə xoşdur. Axı niyə də olmasın?! Mənim real müştərimdir. İndi aşağıda yazacaqlarımın hamısını yaşayacaq. Filan qədər pul +vaxt itirəndən sonra mənim yazımı təsadüfən oxuyub öz adının yerində Qəzənfər adı görüb birbaşa mənə sağalmaq üçün müraciət edəcək.

pexels-andrea-piacquadio-3799095.jpg
Link to Photos

İndi keçək, bizim Qəzənfərin poçtuna. Daha doğrusu, başına gələcəkləri nəql etməyə. Səhər yuxusuna haram qatıb lotos (qısaca, bardaş. İndi onun adını modnu eləmək üçün tərcümə etmirlər, amma bu elə bizim bildiyimiz dədə baba bardaş qurmaqdır) formasında əyləşib gözünü yumub, meditasiya edib, bir milyonluq çek (rəqəmlə yazanda daha çox çaşıram) xəyalı quran Qəzənfər işə çatan kimi adəti üzrə elektron poçtunu yoxlayır. Görür heç nə yoxdur. Elə bu anda qarşısına reklam çıxır. Xəyallarınızı axtarırsız, hər gün on min qazana bilərsiniz tərzi şirinikləndirici cümlələr. Mən etdim, qazandım, siz də edin qazanın.

pexels-obsahovka-obsahovka-4449784.jpg
Link to Photos

Bizim bu Qəzənfər düşür 3 hərfli bir anlayışa. Deyir, elə mən də bunu arzulamışdım da səhər obaşdandan . Qurvan olduğum çox gecikdirmədi. Gördüyü reklam ya broker şirkətlərinin hansınında kopyalanmış reklamıdır, ya da elə internetdən asan qazanc reklamlarından biridir. Bu, kaziono reklamı da ola bilər, treydinq reklamı da. Bunlar hələ abırlılalırıdır. Deməli, bizim Qəzənfər tələm-tələsik qeydiyyatdan keçir. Buna həmin saytlardan menecer zəng vurur. Çox yox, yarımca saat söhbətdən sonra bizim qəhrəmanımız tez bazar öz elektron hesabını doldurub başlayır, öz aləmində qaz vurub qazan doldurmağa. Nəticə etibarı ilə, 99 faiz Qəzənfərlər bu yolla əlindən olan pulu da itirir.

Yuxarıda demişdim axı, o hələ abırlı variant idi.Bizim Qəzənfər gözünü yumub şirin xəyallara dalandan sonra yenə də durub ayda 500 azn maaş aldığı işə metro ilə gedir. Yolda darıxmamaq üçün, vaxt öldürmək üçün sosial şəbəkələrin birində “sülənir”. Bıy qarşısına yenə reklam çıxır. Bu dəfə lap biabırçı spam olanlardan. Məşhurlardan birinin şəklinin altına yazıblar ki, bəs mən bu gün yuxudan duranda düşündüm ki, 10 nəfərə pul paylayıb. Onlardan biri də sənsən, ey bu reklama baxıb feyziyab olan... 3 nöqtənin yerinə istədiyiniz sözü yaza bilərsiniz. Dilimizin leksikonunda kifayət qədər 3 , 4 , 5 hərfli sözlər var bunun üçün. :)

Anında gözləri işıldayan qəhrəmanımız reklama keçid edir . Görür, yazılıb ki, pulu ala bilmək üçün bank kartını qeydiyyatdan keçirt. Tez-tələsik keçirdir. İndi də bizim hesabımıza 10 manat köçürt ki, bizdən ƏDV çıxacaqlar. Qəzənfər fikirləşir "aya bu qədər pul hədiyyəsinin qabağında 10 manat nədir ki?", düşür yenə də 3 hərfli dediyimiz zada. Birinci, öz razılığı ilə göndərdiyi 10 manat çıxır hesabından, ardınca da, maaşının xərcləməyib qara gün üçün saxladığı hissəsi.

pexels-sora-shimazaki-5935794.jpg
Link to Photos

Bu hələ yaxşıdır. Əgər kartın xakerlər tərəfindən oğurlandığını başa düşməsə, kartına daxil olan məbləğin hamısı onların hesabına axmağa davam edəcək. Qəzənfərin aqibəti ilə maraqlanırsan? O hələ də başa düşməyib ki, buna pul gəlmək əvəzinə niyə öz halal pulundan da oldu. İndi bir-bir izah edəcəm sizə.

pexels-andrea-piacquadio-3823493.jpg
Link to Photos

Əvvəla, bizim bu Qəzənfərdə özünü layiq bilməmə, dəyərsiz görmək hissi var(əks halda, bu yaşa kimi pulsuz qalmazdı). İkincisi, bu adam bu yaşa çatıb hələ də anlamayıb ki, bu dünyada havayı olan yalnız ölümdür. O da bəzən qismət olmur adama. Üçüncüsü, ən vacibi adamın pulla bağlı fobiyası var. Düşünür ki, pul əl çirkidir, pulun varsa, dərdin var, ac qulağım dinc qulağım, pulu olan adam kasıbları unudur, toxun acdan xəbəri olmaz və.s bu kimi uşaqlıqdan şüuraltına yeridilən cümlələr, şablonlar.

pexels-frans-van-heerden-625418.jpg
Link to Photos

İndi bu adam durub pul istəyir. Özünə yox ki. Pulu olan kimi missioner , filantrop nədir ondan olacaq. Hə, akka canı. Amma 500 azni qazanmaq üçün hər gün 9 dan 18:00-ə kimi işdə oturur, bir milyonu qazanmaq üçün səhərlər 15 dəqiqə bardaş qurmaq kifayətdir. Ay hay. :D:D:D

Ay Qəzənfər , vay Qəzənfər. Hə, Qəzənfər, əgər bu durumdan qurtulmaq istəyirsənsə, əgər bir milyon demirəm, onca min dolları bir aya necə qazanmaq olar öyrənmək istəyirsənsə, o zaman mənə müraciət etməkdən çəkinmə! Görüşərik. :)

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!