Biz yeni telefon alırıq, yaxud noutbuk, lap elə televizor. Düşünürük ki, ən son model almışıq. Başlayırıq onun funksiyalarını, xüsusiyyətlərini öyrənməyə. Öyrənib qurtarmamış artıq yeni model çıxır bazara və azarla həmin yeni modeli almaq arzusu ilə alışıb yanırıq.
Halbuki məsələyə digər tərəfdən baxanda anlayarıq ki, bu yenilikləri – müasir dillə desək, qadcetləri icad edən, ideyasını verən kimsə və yaxud kimlərsə var. Təsəvvür edin ki, biz 3, ya 4 kamerası olan telefonla necə şəkil çəkəcəyimizin dərdin çəkən sadə adam və eyni ölçüdə olan telefona 5-ci kameranı yerləşdirmək dərdi çəkən ixtiraçı...
Fərqi hiss edirsiniz? İnsan bunu düşünəndə öz gözündə cılızlaşır. "Doğrudanmı, mən bu dünyaya yalnız hazırın naziri olmağa gəlmişəm?", "bəs mənim bu dünyaya faydam nə ola bilər?" və.s bu tipli suallar səni gecə yuxusuna həsrət qoyur.
Bax dost, sənin dünyaya gəlişinin səbəbi heç də oxuyub, evlənib , uşaq böyüdüb, onu oxudub , evləndirib, nəvə oynadıb gəbərmək deyil. Sənin dünyaya gəlişinin səbəbi daha Alidir. Sən bu dünyaya faydalı olmaq üçün gəlmisən. Missiyan var. Sadəcə sən bu missiyanı bilmirsən. Ona görə də pul qazanmaq üçün seçdiyin sənətini sevəndə sənətkar olursan, sevməyəndə işçi.
Məsələn, eyni tikintidə usta işləyən biri öz sənəti sevir, ondan zövq alır. Santimetr, miilimetr əyrilik belə ona pis təsir edir, öz işinin zərgər dəqiqliyi ilə ölçüsünü aparır. Onun bu qədər işinə bağlı sənətkar olması ona olan tələbatı da artırır. Beləliklə, faydalı olduğu üçün qazancı da artıq olur.
İndi gəlin, onu eyni peşəyə sahib olan kolleqası ilə müqayisə edək. İş saatının bitəcəyi vaxtı iplə çəkir. Gördüyü işdən məmnun deyil. Sadəcə ay sonu evə , balalarına çörəkpulu aparmalıdır deyə, işləyir. Əslində isə, fasilələrdə öz yoldaşları üçün bəmdən oxumağı sevir. Deməli, bu adam öz yerinə düşməyib. Əslində, o, uşaq olanda da oxumağı sevirdi, amma "bizim nəsildən oxuyan olmaz deyib" qarşısını kəsmişdilər deyə, atasının peşəsini öyrənməyə məcbur oldu...
Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:
Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO