Hərkəsə salam🌸! Ümidvaram ki hər biriniz yaxşısınız.
Bir neçə həftə öncə ilk dəfə kinoteatra getdim və bunu sizinlə bölüşmək qərarına gəldim. İlk postumda qeyd etdiyim kimi boş vaxtlarımda daha çox musiqi dinləməyi, pianino çalmağı, kitab oxumagı və şəkil çəkməyi sevirəm. Lakin film izləmək də artıq bu siyahıya əlavə olundu. İzlədiyimiz filmin adı Miyonda bir idi.
Film olduqca maraqlıdır. Baş rolları
Bestemsu Özdemir və Melih Selcuk canlandırır. Film romantik dram janrındadır. Hər birinizə izləməyi tövsiyyə edirəm.Ps: öncədən deyim ki göz yaşlarınıza hakim ola bilmiyəcəksiniz.Ama bu filmi izləməmək üçün yetərli səbəb deyil.Filmin mövzusunu qısaca belə izah edim: Şəhərdə yaşadığı monoton həyatdan
bezən bir qız və sıradan bir həyat yaşayan oğlanın qarşılaşması.Və bu qarşılaşma əslində hər ikisinin öz həyatlarını sorğulamalarına səbəb olur. Daha ətraflı danışmayım filmin dadı duzu qaçmasın))
Unutma ben bir aynayım...
Yüzünü görmek isteyen cama bakar,
Özünü görmek isteyen cana...
Gəlin sevdiyimiz insanların qədrini bilək onlara dəyəri vaxtında verək. Sonradan gec olanda və biz bunu dərk edəndə artıq əlimizdən heçnə gəlməyəcək. Necə deyərlər sonrakı peşmançılıq fayda verməz.
Son olaraq ,heçvaxt heç kimə və heç nəyə gec qalmamağınız diləyi ilə ❤️... Sağlıqla qalın.
Necə deyərlər, vaxtında dəyər verək! Təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit