Salam, dostlar.
Yəqin hamı bu mahnını eşidib. Laçınım, Laçınım, Laçınım mənim..Rəhmətlik Məhəbbət Kazımov bunu ürək yanğısı ilə ifa edirdi. Heyf birdə o torpağa ayaq basa bilmədi. Ruhun şad olsun, dahi sənətkar, torpağın azaddır, amma azad olan torpaqdan əsər əlamət qalmayıb.
Əziz torpaqlarımız, orada uyuyan həmvətənlərimiz siz azadsınız. Sizi azad edən Şəhidlərimizin ruhu şad olsun🤲