Necə ki atladın Kürü,
Gəz Talışı qəşəngcənə.
Bu xalçaya Xuda vurub,
Hər naxışı qəşəngcənə.
Alışsanda Muğanda sən,
Çox darıxma bu yanda sən.
Çatanda Lənkəranda sən,
Gör yağışı qəşəncənə.
Yazın bahar təravəti,
Yayın uyğun hərarəti.
Payızın öz səadəti,
Keçir qışı qəşəngcənə.
Çox şirindi talış dili,
Öyrən sən də danış dili.
Qarşılayır Talış eli
Dost-tanışı qəşəngcənə.
Məkan yox bu məkan kimi.
Masallı, Lənkəran kimi.
Astaramın, Lerikimin,
Hər qarışı qəşəngcənə.
Mirfayaz Likməkani
07.11.2021
Qələminizə sağlıq..
Şeir ayrı gözəl, şəkillər ayrı gözəl.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür edirəm!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit