LERİKƏ GƏL, LERİKƏ...

in hive-131355 •  3 years ago 

Səfalıdır hər yeri,
Lerikə gəl, Lerikə.
Görmək istər hər biri,
Yola düzəl Lerikə.

Çaylar yazda gur, daşır,
Yayda qəfil şıraşır.
Öz yeri var, yaraşır,
Payız, xəzəl Lerikə.

Var qonağa nəvaziş,
Könül açan pərvəriş.
Vahid hələ görməmiş,
Yazdı qəzəl Lerikə.

Hamıda dağ vuqarı,
Pozmaz əhdi, ilqarı,
Tacdı Talış dağları,
Bizim gözəl Lerikə.

Ona bənzər tay hanı,
Yazam neçə dastanı...
Mirfayaz Lik'məkani,
Yazdı özəl Lerikə.

Mirfayaz Likməkani
14.11.2021

InShot_20211114_032712707.jpg

20211112_061959.jpg

20211112_062008.jpg

20211112_062027.jpg

20211112_062018.jpg

20211112_113501.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Yayda gəlmişik cənub zonasına çox gözəldi ll