Gedir aram ilə ömür karvanı,
Gəlir yaşım üstə yaş, yavaş - yavaş.
Karvanın deyiləm özüm sarvanı,
Yol gedincə olur faş, yavaş - yavaş!
Elə bu yollarda sən qocalırsan,
Bəzən keçmişindən lap güc alırsan,
Bəzən peşiman tək fikrə dalırsan,
Başlayır "çox heyif", "kaş" , yavaş - yavaş!
Baxmıram ürəyin rəyinə artıq,
O qalır deyinə-deyinə artıq.
Çünki təslim olur beyinə artıq,
Bu zamanla verir baş, yavaş-yavaş.
Artıq bu Mirfayaz o uşaq deyil,
Ürəkdən keçdiyi oyuncaq deyil.
Ürək əvvəlki tək yumuşaq deyil,
Başlayır olmağa daş, yavaş - yavaş!
Mirfayaz Likməkani ✍
16.10.2021
Hə Qardaş həyat beləcə rəngarəngdir. Həyat bəzən insanın daha həssas, saf formalaşması üçün çox yumuşaq, bəzən də nikbin, əzazil formalaşması üçün çox sərt olur. Bunu da insan zaman keçdikcə anlayır. Yavaş-yavaş həyatı dərk etməyə başlayır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qələminizə sağlığ,gözəldir
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit