Salamlar steemit ailəsi, necəsiniz?
Ətrafımızdakı hər şey dəyişir... Biz istəsək də, istəməsək də. Amma ən asası bizim dəyişən şeylərə ayaq uydura bilməyimizdi. Günlər, aylar, illər, fəsillər və s. Bunlar bizim istəyimizdən asılı olmayaraq təbii bir şəkildə dəyişməli olan hadisələrdir. Bəs bizim dəyişməyimiz?
Mənə görə ən böyük dəyişikliklər içimizdə başlayır. Bu isə sadəcə bizdən asılır. Hislərimiz, düşüncələrimiz, hərəkətlərimiz... Bəzən istəyərək, bəzən də məcburiyyətdən də olsa bir nöqtədə dəyişməli oluruq. Amma nə olur olsun bunu ilk öncə özümüz də istəməliyik.
Mənimdə öz içimdə bəzi şeyləri dəyişmək, ətrafıma başqa bir pəncərədən baxmaq istədiyim vaxtlar olub. Bəzən dəyişimlər məni nə qədər sevindirsə də, bəzən isə gəldiyim nöqtəni sevməyib də əvvəl ki mənə qayıtmaq istədiyim vaxtlar olub. Sonra durub fikirləşirdim ki, bəlkə də hal-hazırda olduğum yerdən davam etməyi öyrənməliyəm, bu qədər çabalayıb bura qədər gəlmişəmsə bundan sonra davam edə bilərəm deyə düşünürdüm. Dəyəsən elə ən doğrusuda budur.
Hələlik steemitçilər))
Her zaman dəyişikliklər ürəyinizcə olsun inşallah
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər, sizin də 🌷
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit